Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


05.06.2025  14:26 

Mən kəndə acımdan ölmək üçün qayıdım?





A+  A-

Millət vəkili Zahid Oruc parlamentin ötən iclasında əhalinin paytaxta axının qarşısını almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektirk və qaz tariflərini 3 dəfə azaltmağın lazımlığını bildirib.

Maraqlıdır, niyə məhz sərhədyanı?

Bəlkə də millət vəkili pilot layihə kimi məhz irəli sürdüyü təklifin sərhədyanı ərazilərdən başlanmasını nəzərdə tutur. Olsun, reallaşacaqsa nə gözəl...

Amma, ancaq və lakin...

Mən kəndə niyə qayıdım? Dövlətin mənim kəndə qayıtmağım üçün hansı həvəsləndirici, stimullaşdırıcı təklifi var?

Yoxdur.

Belə olan halda mən kəndə acımdan ölmək üçün qayıdım? Kəndlərdə bir iş yeri var, o da orta məktəblər.

İsti havada kondisioner altında gərnəşənlər deyəcək ki, torpaq ək, mal-qoyun, toyuq-cücə saxla. O da mümkündür, amma indiki zamanda 1-2 heyvanla, 10-15 toyuq-cücə ilə kənddə bala başı saxlamaq olmaz, sadəcə sürünə bilərsən.

Mənim kəndə qayıtmağım üçün stimul olmalıdır. Ya bunu dövlət etməlidir, ya da mən öz pulumla etməliyəm, gedib bir iş qurub başımın çarəsinə baxmalıyam. Əgər yerlərdəki dövlət qurumlarının hücumlarına tab gətirə bilsəm.

Ötən il Ankaradan İstanbula gələrkən bir nəfərlə yol-yoldaşı olduq. Adam uzun illər İstanbulda yaşayıb, tikintidə çalışıb, sonra dövlətin hansısa proqramilə ailəsi ilə birgə doğulduğu, boya-başa çatdığı kəndə qayıdıb, fındıq bağı yaradıb, özünün dediyinə görə vəziyyəti də çox yaxşıdır.

Bir neçə il əvvəl Ərədəbilə - Səreynə gedirdim. Sürücü yolların ətrafındakı fermaları göstərib “bunlar şəhərdən - Tehrandan köçüblər” dedi. “Niyə şəhəri qoyub, bu çöllükdə yaşayırlar”, – deyə sual etdim. Məlum oldu ki, İran hökumətinin belə bir layihəsi var. İnsanlar da könüllük əsasında yer seçimi edərək əyalətlərə dönür. Amma mütləq məşğul olduğu sahəni dövlətlə məsləhətləşməlidir ki, subsidiya ala bilsin.

İndi görün Azərbaycanda nə baş verir?

Bir sinif yoldaşım var. Adam Bakıda 5-10 manat pul qazanıb kəntdə xırda-xırda yatırımlar edirdi. Qonşu rayon olan Biləsüvarın ucsuz-bucaqsız örüş sahələrində mal-qoyun saxlatdırırdı. Bir gün zəng etdi ki, bəs, fermanı sökür, 99 ilə icarəyə götürdüyüm örüş sahəsini əlimdən alırlar. Mənə necə kömək edə bilərsən?

Soruşdum niyə sökürlər? Dedi bəs, icra başçısı (indi həbsdədir) göstəriş verib ki, Prezidentin tapşırığı var, bu ərazilərdə pambıq əkilməlidir.

Mən də bildirdim ki, əlimdən ancaq yazmaq gəlir, istəsən yazaram, amma yazmağın da düşər-düşməzi var: pis tərəfi budur ki, 50-60 mal-qoyunun var, onu da əlindən alacaqlar.

Başqa bir dostumuz Gədəbəydə icarəyə yer götürüb bağ salmaq istəyirdi, ona da “dur” deyiblər.

Bu kimi nümunələr yüzlərlədir, hamı görür, oxuyur, eşidir.

İndi siz deyin: belə olan halda kəndə kim gedər?

Niyaz Niftiyev



Xəbər 3783 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +