Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb
Krım pilotsuz təyyarələrin hücumuna məruz qalıb
Kiyevdə rus casusu saxlanıldı
Polis 44 kiloqram narkotik vasitə aşkarlayıb
Peşə təhsil müəssisələrinə boş qalan yerlərə qəbul başlayır
Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilir?
Mirzə İbrahimov: Sizin yoxsa, bizim...


17.07.2025  15:38 

Sabir Rüstəmxanlının kitabı Sarayevoda nəşr olundu





A+  A-

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Xalq şairi Sabir Rüstəmxanlının ölkəmizdə və onun hüdudlarından kənarda böyük populyarlıq qazanmış “Ömür kitabı” ingilis dilində nəşr edilib.

XəzərNews.az xəbər verir ki, Qərbi Balkan və Avropa oxucuları üçün nəzərdə tutulan kitab paytaxt Sarayevonun çoxprofilli şirkətlərindən birinin - “Yavori Group”un tərkibinə daxıl olan “Bookline” nəşriyyatında işıq üzü görüb.

Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri, tanınmış ədəbiyyatşünas-alim Vilayət Quliyev kitaba yazdığı kiçik müqəddimədə şair, nasir, publisit, tənqidçi və görkəmli ictimai xadim kimi şöhrət qazanmış Sabir Rüstəmxanlının zəngin ədəbi irsindən məhz bu əsərə müraciət olunmasını onun xalqımızın qədim tarixini, özünəməxsus mədəniyyətini, humanist mənəvi dəyərlərini, keçdiyi mübarizə və qəhrəmanlıq yolunu bədii-publisist dillə, atəşin qələmlə, tarixi qaynaqlar və şəxsi müşahidələr əsasında parlaq şəkildə əks etdirməsi ilə əlaqələndirib.

Səfirliyin indiyə qədər işıq üzü görən digər nəşrləri kimi xalq şairi Sabir Rüstəmxanlının kitabı da kitabxanalara, ali məktəblərə, elm mərkəzlərinə, Sarayevoda akkreditə olunan diplomatik korpus nümayəndələrinə hədiyyə ediləcək, habelə Avropa ölkələrinin mühüm kitabxanalarına göndəriləcək.




Xəbər 823 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +