Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


27.08.2021  11:54 

Gorus-Qafan yolu ilə bağlı danışıqlar nəticəsiz qaldı





A+  A-

Avqustun 26-sı Azərbaycan, Rusiya və Ermənistan arasında Zəngəzur bölgəsindən keçən Gorus- Qafan yolunun bağlı hissələrinin açılması ilə bağlı üçtərəfli danışıqlar aparılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə erməni KİV orqanları yazır.

Qafan şəhərinin meri Gevorq Parsyan danışıqların bu gün hələ bərpa olunmadığını deyib. Onun sözlərinə görə, danışıqların bu gün bərpa edilməsi gözlənilir.

Qeyd edək ki, avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanıb.

Bu məsələ iki gündür Ermənistanda əsas müzakirə mövzusuna çevrilib və yolun açılması üçün Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqların getdiyi deyilir. Azərbaycan tərəfi isə hələlik baş verənləri şərh etmir.

Xəbər 3901 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +