Putin günün sonuna qədər... - Vaxt daralır
Azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq


12.05.2025  13:30 

Müşavirin xanımı AZCON icraçı direktoruna müşavir təyin edildi





A+  A-

Ötən gün məlumat vermişdik ki, Aysel Vaqif qızı Soltanova Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoruna müşavir təyin edilib.

XəzərNews.az xəbər verir ki, Tribunainfo.az bu təyinatla bağlı kiçik bir araşdırma aparıb.

Nəticədə məlum olub ki, yeni təyinat heç də səbəbsiz olmayıb. Belə ki, Aysel Soltanova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan həyat yoldaşının sayəsində belə yüksək vəziyyətə təyinat alıb. Söhbət sözügedən nazirliyinin müşaviri Rəşad Bayramovdan gedir.

Xatırladaq ki, A.Soltanova 1986-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Amerikaşünaslıq üzrə bakalavr, Mərkəzi Avropa Universitetində İctimai siyasət üzrə magistratura təhsili alıb. Hazırda təhsilini İngiltərənin York Universitetində Biznes administrasiyası (MBA) ixtisası üzrə davam etdirir.

O, əmək fəaliyyətinə “BP” şirkətində başlayıb, daha sonra Beynəlxalq Əmək Təşkilatında fəaliyyət göstərib. 2011-2023-cü illərdə “Procter & Gamble”, “Azərkosmos” və “Aztelekom” kimi şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2023-cü ilin yanvarından son təyinata qədər “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri olub.

Tribunainfo.az-ın araşdırması nəticəsində yeni müşavirin elə müşavir həyat yoldaşı haqqında da martaqlı detallar üzə çıxıb.

Məlum olub ki, Rəşad Bayramov 2021-ci ilin martında müşavir postuna təyinat alıb. Onun şəxsi xarakteristikasında qeyd edilir ki, Bayramov beynəlxalq səviyyəli biznes təlimçisidir. Təlimçi olmaqla yanaşı, Rəşad Bayramov həmçinin Azerbaycanda BP şirkətində modernləşdirmə və tranformasiya üzrə rəhbər vəzifəsində çalışıb. Yəni, həyat yoldaşı ilə BP-də də birlikdə çalışıblar.

Ictimai çıxışlar və korporativ kommunikasiya üzrə məqalələrin müəllifi Rəşad Bayramovun “Sözünə güvən: Auditoriyanı fəth etməyin on yolu” adlı kitabı 2016-cı ilin sonunda işıq üzü görüb. Rəşad Bayramov ABŞ-in Roçester Texnologiya İnstitutunda kommunikasiya və marketinq üzrə magistr (2004-cü il), Azərbaycan Dillər Universitetində isə filologiya üzrə magistr (2001-ci il) dərəcələrini əldə edib.


Xəbər 126 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +