“Özsüt“də müştəriləri aldadırlar? - ŞİKAYƏT
Xəbərdarlıq: Maskalardan istifadə edin
Attestatlar üçün pul tələb olunmur - AÇIQLAMA
“Azercell” xalqı saymır, ciblərə girir... - Politoloq
“Azercell”ə ETİRAZ - Haştaq yaradıldı
Evləri sökülən sakinlər narazıdır - Nə qədər pul verilir?
Spiker Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyib
Baş həkimi öldürmək istədilər - Azərbaycanda
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək
İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq


05.10.2021  09:46 

Feysbuk daha bir açıqlama yaydı





A+  A-

Feysbuk sosial şəbəkəsinin işində baş verən kütləvi xətanın səbəbi açıqlanıb.

Bu barədə feysbukun rəsmi saytında məlumat paylaşılıb. Bildirilir ki, xətaya səbəb magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişiklikləri olub.

Şəbəkə trafikində baş verən sözügedən xəta məlumatların emalı mərkəzlərinə təsir göstərib ki, bu da xidmətlərin işləməməsinə gətirib çıxarıb.

Bununla yanaşı, qeyd edilib ki, feysbuk, instaqram və votsap tətbiqetmələrində yaranan problem istifadəçilərin məlumatlarının oğurlanmasına səbəb olmayıb.

“Downdetector”un məlumatına görə isə, bu, feysbuk tarixində ilk böyük xəta olub.

Qeyd edək ki, dünən sözügedən sosial şəbəkələrin işində 7 saat davam edən problem yaşanıb. Bu zaman “Privacy Affairs” nəşrinin yaydığı məlumata əsasən, 1,5 milyard feysbuk istifadəçisinin məlumatları “qara bazar”da satışa çıxarılıb.

Xəbər 2313 dəfə oxunub.




03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub


BÜTÜN XƏBƏRLƏR +