İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb
Bakıda sakit hava, rayonlara yağış yağacaq
Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl


03.06.2025  17:50 

“Özsüt“də müştəriləri aldadırlar? - ŞİKAYƏT





A+  A-

Bakıda yerləşən "Özsüt" restoranının "Molokan bağı" filialında müştəriyə təqdim olunan dondurma porsiyası ilə bağlı narazılıq yaranıb.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, müştəri Raşin Sədullayevin paylaşdığı məlumata görə, menyuda "3 top" olaraq göstərilən dondurma, sifariş zamanı cəmi "1 top" olaraq təqdim edilib.

R.Sədullayevin sözlərinə görə, məsələ ilə bağlı iradını bildirdikdə ofisiant cavabında dondurmanın 40 qramının qiyməti əsasında təqdim olunduğunu deyib:

"Amma bu, menyuda qeyd olunmayıb", - deyə şikayətçi qeyd edib.

Sonda ofisiant müştəridən "Hər şey qaydasında idimi?" deyə soruşduqda, R.Sədullayev təkrar narazılığını ifadə edib və restorana çağırılan supervayzerə də məsələ izah olunub:

“Normalda bu cür hallarda üzr istənilər. Ancaq burada elə bil mən müdirəm, səhvlərini deyirəm, onlar da "oldu, düzəldərik" deyib uzaqlaşırlar."

Məsələ ilə bağlı “Özsüt” restoranlar şəbəkəsi ilə əlaqə saxladıq. Sözügedən filialın Kamran adlı şöbə rəhbəri Bakupost.az - a açıqlamasında menyuya həmin şəklin səhvən qoyulduğunu bildirdi:

"Mən həmin bəylə dünən özüm danışmışam. Bizdə sistem üzərindən menyu yenilənməsi gedir. Ora səhv şəkil qoyulmuşdu. Mən həmin bəyə yaxınlaşıb dedim ki, ora səhv şəkil qoyulub, İT əməkdaşları ilə danışmışıq, həmin şəkli oradan yığışdırıblar. Bizdə 1 dondurma topunun qiyməti 2 manat 80 qəpikdir. Burada heç bir müştərini aldatmırıq, heç kimin cibinə girmirik. Müştəri ilə üzbəüz danışmışam. Müştəri dedi ki, “Aydındır, başa düşdüm. Tez bir zamanda bu şəkli düzəltsəniz, yaxşı olar". O, deyəndən 1 saat sonra bizim İT mütəxəssislər həmin şəkli ümumiyyətlə, sistemdən yığışdırdılar. Dondurmaların çəkilişi olandan sonra ora 1 top olaraq qoyulacaq."



Xəbər 549 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +