Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb


02.05.2025  10:45 

Qarabağ erməniləri İrana köçürülür? - Mövzu aktuallaşır





A+  A-

“Bədnam məşhur qarabağlı general Vitali Balasanyan Qarabağdan köçdükdən sonra mətbuata çıxdı və RF prezidenti V.Putinə məktub ünvanladı. Əsas vurğu Qarabağ ermənilərinin II Dünya Müharibəsində aktiv iştirakını diqqətə çatdırmaq idi. V.Balasanyan Qarabağda yaşamış və oranı könüllü tərk etmiş ermənilərlə Azərbaycanın digər ərazilərindəki ermənilərin də fərqini çox gözəl bilir. V.Balasanyan Azərbaycan hərbçilərinə və bəzi siyasətçilərinə yaxın olan şəxs olub”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, onun prezident V.Putinə müraciətində iki əsas mövzu diqqət mərkəzindədir:

“Birincisi, son dövrlərdə Rusiyanın ermənilərə yumşaq güc tətbiqidir. Bu yolla Rusiya erməniləri özünə bağlamaq istəyir.

İkincisi Rusiyanın eks-prezident R.Koçaryan üçün rəsmi kurator ayırmasıdır. Erməni mətbuatına görə, hazırda belə adam RF Prezident Administrasiyasının rəhbərinin müavini S.Kiriyenkodur. Bütün bunları çox yaxşı dərk edən və R.Koçaryanın şəxsi dostu V.Balasanyan özünü aktiv regional siyasi həyata qoşmaqdan ötrü vacib ideya yada saldı. Çar Rusiyası Gülüstan və Türkmənçay sülh müqavilələri dövründə dəfələrlə erməni xalqının identikliyini xilas edib. Söhbət Qarabağ ermənilərinin İran ərazisindən köçürülməsi prosesindən gedir. V.Balasanyanın fikrincə, Çar Rusiyası Qarabağ ermənilərini köçürməmişdən əvvəl də İran ərazisində Qarabağ ermənilərini himayə edib. O vaxt ermənilərin üstündə mübahisə olub. Bizim tarixçilər bu mövzunu araşdırsa çox böyük hadisələrin üstü açıla bilər. Həmin dövrdə gərginliyin ən böyük əlaməti Tehranda rus səfiri A.Qriboyedovun ermənilər vasitəsilə qətlə yetirilməsidir. O vaxt bu İranla İngiltərənin birgə layihəsi idi. İndi də V.Balasanyanın ideyasını bir az inkişaf etdirməklə Qarabağ ermənilərinin İranın ərazisində muxtariyyət yaradıb, orada yaşamaq mövzusuna gəlib çıxmaq olar. Qarabağ erməniləri ancaq kompakt, təbii nemətləri bol ərazidə yaşamaq, təhlükəsizliklərinin təminini istəyirlər”.


Politoloq bildirib ki, İranın Rusiyaya qarşı Cənubi Qafqaz mövzusunda ərazi iddiası fonunda bu ideya Rusiya üçün faydalı ola bilər:

“Regionda yeni proseslərə start verildi. Rusiyanın İranın daxilinə girməsi, orada muxtar ərazi yaratması ideyasının legitimləşdirilməsi başladı”.

Zəhra
XəzərNews.az


Xəbər 564 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +