13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


15.05.2025  12:09 

Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?





A+  A-

Sabirabadda 16 yaşlı qızı bu gün 33 yaşlı oğlana ərə vermək istəyiblər.

Bu haqda teleaparıcı Lalə Azərtaş Xəzər TV-nin "Təsir dairəsi" proqramında danışıb.

O bildirib ki, bu gün qurulan toy məclisinin qarşısı alınıb:

"Mənə Sabirabad tərərfdən güclü bir qarğış küləyi gəlir. Çünki gecə ilə aldığım məlumatla bu gün Sabirabadın Yenikənd kəndində qurulan bir toy mərasimi ləğv edilib. Ona görə ki, bu toyda əyləşən qızın heç 17 yaşı tamam olmayıb. Məni bilirəm ki, indi bizi izləyirlər. Qulağıma bir-iki söz çatır. Mən axı dedim ki, darvazanın o biri tərəfində bizim əməkdaşlarımız var. O toy bu gün olmayacaq. 16 yaşlı bir uşağı məndə olan məlumata görə 33 yaşlı xalası oğluna məcbur ərə vermək istəyiblər. Qohum evlilikləri iyunun 1-dən rəsmi olaraq qadağan olunacaq. Ona görə də belə tələsik etmək istəyirdilər ki, iyunun 1-dən dövlət qadağa edəcək. Hətta eşitdiyimə görə, toy üçün 20 min xərc çəkilibmiş. İndi orada çal-çağır olmalı idi"./Axsam.az

Xəbər 2205 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +