Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


04.06.2025  12:14 

Paşinyanın dindarlara qarşı mübarizə ehtirası: Nə baş verir?





A+  A-

“Baş nazir Nikol Paşinyanın hakimiyyəti qoruma instinkti işə düşüb və maksimal güclə fəaliyyətdədir. Erməni Apostol Kilsəsinə qarşı hücum təsadüfi deyil. Əvvəldən N.Paşinyana erməni dindarları hakimiyyət uğrunda rəqib kimi görünüblər. Sonradan Erməni Apostol Kilsəsinin fəaliyyətinin Rusiya ilə koordinasiya olunduğu inamı da N.Paşinyanı kilsə liderlərinə, Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı sərt mübarizə aparmağa təhrik etdi”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, N.Paşinyan əvvəlcədən Erməni Apostol Kilsəsinə qarşı mübarizədə hətta Vatikanla əməkdaşlıq edirdi:

“İndi Rusiya Ermənistandan narazıdır, müxtəlif ictimai-siyasi təşkilatlar, qurumlar yaratmaqla Ermənistanın siyasətinə yön vermək istəyir. Əvvəlki kimi özünə doğru qaytarmış olur”.

Politoloqun fikrincə, Paşinyanın dindarlara qarşı mübarizə ehtirası heç bir sərhəd, hüdud tanımır:

“Aİ ilə Ermənistan arasında münasibətlərin kuratoru Yunanıstandır. Ermənistanın hərbi mövzuda ən çox məsləhətləşdiyi, dəstək aldığı Yunanıstandır. Yunanıstan və Kiprlə ER XİN-nin əlaqələri bütün dövlətlərlə olan əlaqələrdən bəlkə də iki dəfə çoxdur. Yunanıstanın Ermənistan hökumətinə legitim təsirini qəbul edən dindarlar həm I Aram, həm də II Qaregin Yunanıstanda oldular və N.Paşinyanın hücumu barədə Yunanıstanın Baş nazirini məlumatlandırdılar. II Qaregin Yunanıstanın Baş naziri ilə də görüşdü. Buna cavab olaraq N.Paşinyan Yunanıstanın Ermənistandakı səfirliyinə polis hücumu təşkil etdi, guya Yunanıstan səfirliyi miqrant alveri ilə məşğuldur”.


Xəbər 500 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +