13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


29.01.2024  08:12 

Hüseyn Əmir Abdullahian Pakistana səfər edib





A+  A-

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran Silahlı Qüvvələrinin Pakistan ərazisində yerləşən “Ceyş əl-Ədl” qruplaşmasının iki qərargahına zərbə endirməsindən sonra yaranan gərginliyin həlli üçün Pakistana gəlib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutub. İranlı nazir həm həmkarı, həm də Pakistanın müvəqqəti hökumətinin Baş naziri Ənvar-ul-Haq Kakar ilə görüşəcək.

Qarşıdakı danışıqların əsas mövzusu İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisindəki “Ceyş əl-Ədl” qruplaşmasının iki qərargahına hücumu nəticəsində iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyin azaldılmasıdır.

İran hərbçilərinin razılaşdırılmamış hərəkətləri İslamabadın dərhal reaksiyasına səbəb olub.//Report

Xəbər 1102 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +