Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


03.06.2025  09:02 

Türkiyədə güclü zəlzələ: Azyaşlı qız öldü -Video





A+  A-

Türkiyənin cənub-qərb sahilində 5,8 bal gücündə zəlzələ olub.

XəzərNews.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Muğla vilayətinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb.

Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

Zəlzələnin Muğla şəhəri ilə yanaşı İzmir və Antalyada da hiss edildiyini bildirilib.

Muğla valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin isə yaralandığını açıqlayıb.

O, dağıntıların olmadığını qeyd edib.

****

Türkiyədə baş verən zəzləzlə zamanı ölən şəxsin kimliyi bəlli olub.

Bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

“Zəlzələ zamanı Muğla şəhərinin Fəthiyə rayonunda 14 yaşlı Əfranur Günlü panik atak keçirib. O, xəstəxanaya çatdırılsa da, bütün müdaxilələrə baxmayaraq, təəssüf ki, həyatını itirib”, - nazir əlavə edib.



Xəbər 279 dəfə oxunub.



05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +