13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


23.02.2022  11:48 

Donbassda son vəziyyət: ölən və yaralanan var





A+  A-

“Ukrayna ordusunun hərbçisi Donbassda münaqişə zonasında ölüb, daha biri yaralanaraq xəstəxanaya çatdırılıb”.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna hərbi əməliyyatlarının qərargahından məlumat verilib.

“Atışma nəticəsində ukraynalı hərbçilərdən biri qəlpə yaraları alıb və dünyasını dəyişib. Bir əsgər yaralanıb və müalicə müəssisəsindədir”, - məlumatda bildirilib.

Məlumata görə, separatçılar 122 millimetrlik artilleriyadan, 120 millimetrlik minaatanlardan, tank əleyhinə və əl qumbaraatanlarından, ağır pulemyotlardan və atıcı silahlardan atəş açıblar.

Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqindəki separatçılara qarşı 2018-ci ildən bəri davam etdirdiyi əməliyyatın adıdır. Əməliyyat 2014-cü ildən 2018-ci ilədək Antiterrorçuluq Əməliyyatı adlanıb.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Xəbər 1737 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +