Bakıda məktəbli qəfil vəfat etdi
“Sülh razılaşması imzalanacaq” - Ağ Ev
“Qaradağ Şüşə Zavodu”nun borcu niyə artır?
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı
Azərbaycanda bu banklar birləşə bilər


23.05.2018  09:05 

Tərəvəzin qiyməti sürətlə ucuzlaşır





A+  A-

Ötən illə müqayisədə tərəvəzlərin qiymətlərdə artım olsa da, aprel ayı və mayın ilk günləri ilə müqayisədə ucuzlaşıb.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, bazarda kartofun qiyməti 40-60 qəpik arasında dəyişir. Soğanın isə 3 kiloqramı 1 manata satılır. Satıcılar bildirdilər ki, ötən ay bazarda kartof və soğan baxımından qıtlıq müşahidə olunsa da, bu ay bolluqdur. Bu isə qiymətlərin ucuzlaşmasına təsir edib.

Bazarda mövsümü meyvələrdən alça və çiyələyin qiyməti də ötən həftə, hətta 2 gün öncə ilə müqayisədə bir qədər ucuzlaşıb.

Hazırda bazarda çiyələyin kiloqramı 1-2 manat arasında dəyişən qiymətlə satılır. Xırda və bir qədər əzilmiş çiyələklər 1 manata, iri çiyələklər isə 1.5-2 manatadır.

Alçanın da qiyməti 2-2.5 manatadır. Satıcılar bildirdilər ki, iri alçaların (göycə) qiymətində ucuzlaşma var. Ötən günlərdə 4 manata satılan göycə hazırda 2.5 manatadır.

Pomidorun qiymətində də ötən ayla müqayisədə azalma var. Aprel ayında 5 manat və daha baha qiymətə satılan pomidor hazırda 2.3-2.5 manata satılır.

Xiyarın isə qiyməti 50-60 qəpiyə satılır. Satıcılar bildirdilər ki, qiymətlər növbəti günlərdə bir qədər də aşağı enəcək.

Marketlərdə isə kartofun kiloqramı 54-55 qəpiyə satılır. Pomidorun isə qiyməti növündən asılı olaraq 2.45-2.99 manatadır. Xiyar iri marketlərdə demək olar ki, bazar qiymətinədir. Belə ki, hazırda iri marketlərdə xiyarın kiloqramı 60-80 qəpikdir. Bibərin kiloqramı isə 3.4 manatadır. İri marketlərdə alça 4 manat 45 qəpik, çiyələk isə 2 manat 20 qəpiyədir.

Xəbər 3371 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +