Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır
Bank kartlarından 4 min manatdan çox pul oğurlandı
Anar Cəbrayıllı xidmət rəisi təyin edilib
MAXE intihar etdi


10.06.2025  16:07 

Diplomatik təxribat...





A+  A-

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Ukrayna münaqişəsinə dair çıxışı zamanı Azərbaycan–Ermənistan müharibəsini nümunə göstərərək Qarabağı “mübahisəli ərazi” kimi təqdim etməsi siyasi baxımdan məsuliyyətsizlik olmaqla yanaşı, hüquqi reallıqlarla ziddiyyət təşkil edən yanaşmadır. Bu cür bənzətmə Rusiyanın dəfələrlə bəyan etdiyi rəsmi mövqeyə, yəni Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması rəyinə tamamilə ziddir.

Əvvəla, keçmiş Qarabağ münaqişəsi hüquqi baxımdan “mübahisəli” kateqoriyasına aid deyil. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə (822, 853, 874 və 884 nömrəli) açıq şəkildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edirdi. Bu sənədlər təkcə Azərbaycanın ərazi bütövlüyünü təsdiqləmir, eyni zamanda Ermənistanın həmin torpaqlarda mövcudluğunu “işğal” kimi dəyərləndirir. Belə olan halda, “mübahisəli ərazi” anlayışının işlədilməsi beynəlxalq hüququn təməl prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü anlayışına ziddir.

Digər mühüm məqam İkinci Qarabağ müharibəsindən sonra formalaşan reallıqlardır. Azərbaycan ərazi bütövlüyünü faktiki olaraq bərpa edib, Ermənistan isə bu reallıqla razılaşıb. Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində orada qalan qeyri-qanuni erməni silahlı birləşmələri tam tərksilah edilib, Azərbaycanın konstitusiya quruluşu bütün bölgədə bərpa olunub. Nəticə etibarilə bu gün Qarabağda nə siyasi, nə hərbi, nə də inzibati baxımdan “mübahisə” predmeti mövcuddur.

Medinskinin açıqlaması ən sadə formada Kremlin Ukrayna münaqişəsinə legitimlik vermək cəhdidir. Azərbaycan nümunəsində işğal faktı hüquqi sənədlərlə təsbit olunub. Rusiya da faktiki olaraq Ukrayna ərazilərini işğal edib. Medinski bu ifadəni deyə bilmədiyi üçün iki fərqli məsələni “mübahisəli ərazi” kimi eyniləşdirir.

Bununla belə, Vladimir Medinskinin Ukrayna münaqişəsi ilə bağlı açıqlamalarında Azərbaycan-Ermənistan müharibəsini müqayisə edərək Qarabağı “mübahisəli ərazi” kimi təqdim etməsi geopolitik və strateji maraqlara əsaslanır. Hazırda ABŞ-ın əsas məqsədi Rusiya və Ukrayna arasında müharibəni bitirəcək bir saziş imzalamaq deyil, daha çox atəşkəs sazişidir.

Vaşinqton başa düşür ki, Vladimir Putin hakimiyyətdə olduğu təqdirdə Rusiya ilə uzunmüddətli müharibəni davam etdirmək mənasızdır. Lakin Putin sonrası Kremlin zəifləməsi ehtimalı böyükdür. Bundan başqa, ABŞ diqqətini Yaxın Şərq, İran və Çin kimi digər strateji regionlara yönəltmək istəyir. Prezident Tramp bu mənada 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs müqaviləsinə bənzər bir sazişlə müvəqqəti atəşkəs əldə etmək istəyir.

Medinskinin açıqlamasından həm də bu qənaətə gəlmək olar ki, Rusiya ABŞ-ın nə etmək istədiyinin fərqindədir və buna görə də Ukrayna müharibəsini sürətlə bitirmək istəyir. Amma həm də bunu işğal etdiyi əraziləri “mübahisəli”, əslində isə işğal statusunda saxlamaq istəmir. Əvəzində Moskva Kiyevi işğal edilmiş ərazilərin qəbulunu özündə ehtiva edən yekun bir sülhə inandırmaq istəyir.

Hesab edirəm, Medinskinin dediklərinin məqsədi nə olur olsun, rəsmi Bakının məsələyə adekvat, operativ reaksiyası yerində və doğrudur. Bu, həm də Azərbaycanın belə diplomatik təxribatlara qarşı ayıq-sayıq olduğunu göstərir.

Turan Rzayev
Politoloq


Xəbər 128 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +