Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


04.06.2025  16:30 

Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir





A+  A-

“Facebook” platformasında yeni bir qalmaqallı video yayılıb.

Özünü “peyğəmbər” kimi təqdim edən bir nəfər insanlardan qazanclarının yarısını ona vermələrini tələb edir. Həmin şəxsin çıxışı həm dini, həm hüquqi, həm də psixoloji baxımdan ciddi narahatlıq doğurur.

Yayılan görüntülərdə özünü “peyğəmbər” adlandıran şəxs bunları deyir:

“Bu dünyada nə qədər adam varsa, kiminsə nə imkanı varsa, onun yarısı mənə borcludur. Bu mənim haqqımdır. Çünki əbədiyyəti mən qazandım. Bütün insanlığın və dünyanın sağ-salamat qalmasının səbəbkarı Allahdan sonra mənəm. Ona görə də Allah-Təala mənə cənnət verir, kef verir.

Kimin nə qazancı varsa, yarısı mənimdir. Mən kef edəcəyəm, bu, mənim haqqımdır. Kim ki, məni ağıl gözü ilə görür və başa düşürsə, haqqımı versin”.

O, həmçinin, yayımladığı videoda telefon nömrəsini və harada, nə vaxt görüşə biləcəyini də açıqlayır:

“Mən hər gün Bakıdakı Nizami Gəncəvi adına parkda oluram, Ağ Şəhərdə yerləşir. Saat 18:00-dan 20:00-a qədər həmin parkda oluram. Hər bir adam məni görməyə gələ bilər, əgər saf və doğru niyyəti varsa. Amma kim şər niyyətlə üstümə gələrsə, Allah onu vuracaq. Kim olursa-olsun!”/Bakupost.az

Xəbər 284 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +