Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Mən kəndə acından ölmək üçün qayıdım?
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


11.10.2023  09:35 

Qazi Mobil Əhmədzadənin övladı dünyaya gəlib





A+  A-

44 günlük Vətən müharibəsinin qazisi Mobil Əhmədzadənin övladı dünyaya gəlib.

Xəzərnews.az medicina.az-a istinadla xəbər verir ki, bu barədə "Caspian International Hospital"ın mama-ginekoloqu, qazi xanımının həkimi Nigar Əlizadə öz şəxsi instagram hesabından paylaşım edib.

Yeni doğulmuş körpəyə Xəlil adı verilib.

Öz körpəsini evə aparmaq üçün klinikaya gələn qazini “Caspian”ın həkim və işçi heyəti hərarətli alqışlarla yola salıblar.

Qeyd edək ki, 44 günlük Zəfər Savaşında tank mərmisinə tuş gələn 1999-cu il təvəllüdlü leytenant Mobil Əhmədzadə hər iki ayağından yaralanmışdı. 5 gün meşədə, düşmən mühasirəsində qaldıqdan sonra isə əsir düşmüşdü.

Əsirlikdə sağ ayağı amputasiya olunan hərbçimiz 35 gün əsirlikdə qaldıqdan sonra Azərbaycana qaytarılmışdı.

Xəbər 3885 dəfə oxunub.



05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +