Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


14.06.2025  18:06 

Azərbaycanlı tələbələr Ukrayna universitetlərini niyə seçir?





A+  A-

Ukrayna Azərbaycanla beynəlxalq təhsil əməkdaşlığını ardıcıl şəkildə genişləndirir. Azərbaycan vətəndaşları arasında Ukrayna təhsilinə olan yüksək tələbat - Ukrayna ali təhsil müəssisələrinə və onların beynəlxalq səviyyədə tanınmasına göstərilən inamın parlaq göstəricisidir.

2025-ci il yanvarın 1-nə olan məlumata görə, Ukrayna ali təhsil müəssisələrində 4340 Azərbaycan vətəndaşı təhsil alırdı. Azərbaycan bir neçə ildir ki, Ukraynaya ən çox tələbə göndərən ölkələr arasında sabit olaraq ilk beşlikdə yer alır. 2025-ci ildə Ukrayna universitetlərində ümumilikdə 24 944 xarici tələbə təhsil alır və Azərbaycan 4-cü yeri tutur:

1. Mərakeş
2. Hindistan
3. Çin
4. Azərbaycan
5. Gürcüstan


Azərbaycanlı tələbələrin Ukrayna universitetlərində üstünlük verdiyi ixtisaslar arasında menecment, iqtisadiyyat, hüquq, dəniz və daxili su nəqliyyatı, maliyyə və bank işi aparıcı yerlərdədir. Həmçinin kompüter elmləri, proqram mühəndisliyi, yanğın təhlükəsizliyi, proqram təminatı mühəndisliyi, ictimai idarəetmə və administrasiya sahələrinə də maraq böyükdür.

Bu, Ukraynada geniş təhsil imkanlarının mövcudluğundan xəbər verir ki, bu da Azərbaycan gəncliyini cəlb edir.

Xarici abituriyentlərə Ukraynada təhsili əlaqələndirən Ukrayna Təhsil və Elm Nazirliyinin tabeliyində olan Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi dəstək göstərir. Mərkəzin rəsmi saytı — www.studyinukraine.gov.ua — xarici tələbələr üçün Ukrayna təhsil sisteminə dair əsas məlumat platformasıdır. Saytda universitetlər, ixtisaslar və təhsil proqramları ilə bağlı bütün vacib məlumatlar toplanıb.

Hazırda Ukrayna universitetləri çevik təhsil formatları təklif edir: əyani, distant və ya qarışıq formada. Bu yanaşma tələbələrin fərdi ehtiyaclarını, coğrafi imkanlarını və hərəkətliliyini nəzərə almağa imkan verir və istənilən şəraitdə keyfiyyətli akademik proses təmin olunur.

Eyni zamanda, Ukrayna təhsil sahəsində qlobal məkana fəal inteqrasiya edir və tələbələrə beynəlxalq təhsil imkanları yaradır. Belə ki, Ukrayna ali təhsil müəssisələri Erasmus+ proqramında fəal iştirak edir, bu da akademik mobillik, birgə tədqiqatlar və qısamüddətli mübadilə proqramlarında iştirak üçün geniş imkanlar yaradır.

Ukrayna ali təhsilinin xüsusi üstünlüklərindən biri də Twinning (ikili diplom) proqramlarıdır - bu proqramlar çərçivəsində tələbələr eyni anda Ukrayna və Avropa (məsələn, Böyük Britaniya) diplomu ala bilirlər.

Ukrayna universitetlərini seçən xarici tələbələr bir sıra üstünlüklər əldə edirlər: akademik mübadilə, birgə elmi layihələr, qlobal təcrübəyə çıxış və beynəlxalq səviyyədə əməkdaşlıq şəbəkəsi. Ukraynanın bir çox universitetləri dünya reytinqlərinə (QS, Times Higher Education, Webometrics) daxil olaraq təhsilin keyfiyyətinə dair beynəlxalq nüfuzunu artırırlar.

Ukrayna təhsili müasir infrastruktur, Avropa standartları, ali təhsilin əlçatan qiyməti və yüksək səviyyəli tədris ilə seçilir. Ukrayna Bolonya prosesinin iştirakçısıdır, təhsil proqramları Avropa Kredit Transfer Sisteminə (ECTS) uyğundur, bu da diplomların beynəlxalq tanınmasını asanlaşdırır.

Tədrisdə dil məsələsinə də xüsusi diqqət yetirilir: proqramlar ukrayna, ingilis, fransız və alman dillərində mövcuddur, eləcə də ukrayna dili üzrə hazırlıq kursları təşkil olunur. Bundan əlavə, universitetlərdə elmi-texnoloji parklar, startap inkubatorları fəaliyyət göstərir və tələbələr öz ideyalarını reallaşdıra, tədqiqatlarda iştirak edə bilirlər.

Ukraynada təhsil almağın mühüm üstünlüklərindən biri də — dostyana və təhlükəsiz mühitdir. Xarici tələbələr burada rahatlıq və dəstək tapır — həm müəllimlərdən, həm də tələbə icmasından.

2025-ci ildə azərbaycanlı abituriyentlər üçün daha bir yenilik — Bakı şəhərində hazırlıq şöbəsinin açılmasıdır. Burada istənilən şəxs ukrayna və ya ingilis dilini öyrənə və qəbul imtahanını uğurla verdikdən sonra Ukrayna universitetlərində təhsilə başlaya bilər. Bu şöbə təkcə Azərbaycan vətəndaşları üçün deyil, digər ölkələrdən olan tələbələr üçün də açıq olacaq və Ukraynada keyfiyyətli təhsilə hazırlıq üçün əlavə imkanlar yaradacaq.

Ukrayna — bu təkcə keyfiyyətli təhsil deyil. Bu, müasir yanaşmalar, beynəlxalq tanınma, yeni imkanlar və sizin də qoşula biləcəyiniz bir gələcəkdir.

Xəbər 257 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +