10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


23.05.2025  13:43 

“Mal bazarı”ndakı müəmmalı ölüm





A+  A-

Bərdə rayonunun Alpoud kəndində yerləşən “mal bazarı”ndakı ölüm hadisəsi ilə bağlı həbs edilən şəxsin cinayət işi ətrafında qalmaqallı məhkəmə prosesləri davam edir. Qətlin qəsdlə və ehtiyatsızlıqla törədilməsi ilə bağlı iddialar var. 5 dəfə maddə dəyişib...

Adıçəkilən bazarın girişində nəzarətçi işləyən Nicat Tağıyev yük maşınının altında qalaraq faciəli şəkildə dünyasını dəyişib. Yük maşının sürücüsü Loğman Hüseynli olub.

İstintaq belə qənaətə gəlib ki, Loğman Hüseynli yük maşını ilə bazardan çıxarkən girişdə nəzarətçi işləyən Nicat Tağıyev ondan 14 manat ödəniş istəyib. Bu ödəniş yük maşınında olan hər baş heyvana görə hesablanıb. Məbləğə görə tərəflər arasında mübahisə olub. Loğman Hüseynli ödəniş etmək istəmədiyindən Nicat maşının qarşısına keçərək yolu kəsib. İttihama görə Loğman maşını saxlamayıb və Nicat yük maşının altında qalaraq dünyasını dəyişib.

Loğman ifadəsində ittihamla razılaşmadığını deyib. Bildirib ki, bazardan çıxan zaman Nicat ondan 14 manat istəyib: “10 manatım olduğunu, gətirdiyim heyvanları sata bilmədiyimi dedim. Yanımda olan adamdan əlavə iki manat da alıb verdim. Heyvanlardan birinin buzov olduğunu, buna görə bazarda heç vaxt pul ödənilmədiyini dedim. Nicat da razılaşıb mənə yol verdi. Hətta girişdə tıxac olduğu üçün bizə şərait də yaratdı. Mən 70-80 metr gedəndən sonra Nicat anidən maşının mən tərəfə olan pəncərəsinə tullandı. Güzgüdən tutanda güzgü qatlandı. Mən də son anda gördüm. Maşını saxlayanda artıq gec idi. Nicat yıxılaraq təkərin altında qaldı”.

Loğman 12 manata razılaşdıqları halda Nicatın yenidən onun maşınına tərəf qaçmasını belə izah edib: “Nicat razılaşmışdı. Ondan yuxarı olan nəzarətçi ola bilsin ki, məbləğlə razılaşmayıb və Nicatı qalan iki manatı almaq üçün arxamca göndərib”.

Mərhumun yaxınları isə şahidlərə istinadən Loğmanın Nicatı qəsdlə vurduğunu deyirlər.

Loğmana qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Lakin Gəncə Ağır Cinayətlər Məhkəməsi Loğmanı bu maddə ilə təqsirli bilməyib və onun əməlini Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsinə tövsif edərək ona 6 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

Məhkəmə belə qənaətə gəlib ki, Loğmanın əməlində qəsd olmayıb və bu, avtoqəzadır. Həmçinin şahid ifadələrində də ziddiyyət olub. Belə ki, 4 nəfər şahid Loğmanın Nicatı qəsdlə vurduğunu desə də sonradan həmin şahidlərdən biri dediklərini təkzib edib. Bildirib ki, Loğmanın həbs edilməsi üçün yalan ifadə verib.

Loğmanın vəkili bununla da razılaşmayıb. Bildirib ki, cinayətə qəsd olmadığı barədə doğru qənaətə gəlsə də ehtiyatsızlıq növündə cinayət əməlinin olması ilə bağlı gəldiyi nəticədə yanlışlığa yol verib. Müdafiə tərəfi düşünür ki, bu, bədbəxt hadisədir. Buna görə də apellyasiya şikayəti verərək Loğmana qeyd edilən maddə ilə bəraət verilməsini istəyirlər.

Müdafiə tərəfi iddia edir ki, ittiham tərəfi Loğmanın mərhumun ölümünə ehtiyatsızlıqdan və ya qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində ölümə səbəb olması ilə bağlı heç bir sübut təqdim edə bilməyib. Sadəcə, şahid ifadələrinə istinad edilib ki, bu ifadələr də ziddiyyətli olub. Buna görə də Loğmanın təqsirini sübut edən fakt yoxdur.

Loğman isə özünü təqsirsiz olmasını sübuta yetirməyə borclu deyil. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı əvvəlcə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Daha sonra 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. İş yenidən 263.2-cü maddəsinə tövsif edilib. Son olaraq isə Baş Prokurorluq 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsinə tövsif edərək işi məhkəməyə göndərib. Məhkəmə isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə hökm çıxarıb./Musavat.com



Xəbər 97 dəfə oxunub.



23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +