İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü başlayıb
Bakıda məktəbli qəfil vəfat etdi
“Sülh razılaşması imzalanacaq” - Ağ Ev
“Qaradağ Şüşə Zavodu”nun borcu niyə artır?
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı


02.10.2021  13:09 

Gürcü melodramı





A+  A-

Saakaşvili nə qədər paradoksal, ekssentrik, uşaqcasına hiperaktiv fiqur olsa da, adekvat, adətən doğru zamanda doğru yerdə olmağı baçaran siyasətçidir. Düzdür, 2008-ci ilin avqustunda “rus tələsi”nə düşməsi az qala gürcü faciəsinə çevriləcəkdi. Lakin bu fiasko Batono Mişanın siyasi karyerasını bitirmədi.

Saakaşvili 18 ildir beynəlxalq diqqəti özünə cəlb etməyi bacarır. Bu sadəcə kritik situasiyalarda cəsarətli addımları ilə deyil, həm də publik oyunçuluq bacarığı ilə bağlıdır. Öz dramının həm ssenaristi, həm rejissoru, həm də aktyoru olan Saakaşvili bəzən rejissor Georgi Daneliyanın “Qüssələnmə” kinokomediyasının qəhrəmanını – Vaxtanq Kikabidzenin gənc həkim Benjamen obrazını xatırladır. Düzdür, fərqli tiplərdir, amma sonucda dramatik gedişatı öz maraqlarınav uyğunlaşdıra bilirlər.

2003-cü ilin “Qızılgül inqilabı” zamanı Saakaşvili etirazçı kütlə ilə parlamentə girəndə Edurad Şevardnadze hakimiyyəti itirəcəyini heç ağlının ucundan keçirmirdi. Və yaxud 2017-ci ilin sentyabrında Saakaşvili öz tərəfdarları ilə Polşadan Ukraynaya keçəndə onu Ukrayna vətəndaşlığından çıxaran Petro Poroşenko ilyarım sonra prezident kürsüsünə vəda etdi.

Saakaşvili artıq “mahir” sərhədpozandır. 4 il əvvəl o, Polşa-Ukrayna sərhədini izdihamlı yürüşlə pozmuşdu. İndi isə gürcü hakimiyyəti baş sındırır ki, eks-prezident Gürcüstana necə soxulub və ya hardan “düşüb”...

Rustavi türməsində tibbi yoxlamadan keçərkən polisə təbəssüm “hədiyyə” etməsi eks-prezidentin həbsini əvvəldən ssenarisinə daxil etməsindən xəbər verir. Gürcüstanın keçmiş birinci ledisi - hollandiyalı Sandra Rulofsdan ayrılan 53 yaşlı Saakaşvilinin Ukrayna Ali Radasının 31 yaşlı deputatı Liza Yasko ilə tezəlikcə evlənməsi isə təbii ki, könül işidir. Amma ssenarini daha effektili və dramatik edir. Üstəlik, “Gürcü arzusu” üçün sürpriz oldu. İvanişvilinin “uşaqları” sadəcə Gürcüstanın GUAM-dakı müttəfiqinin – Ukraynanın prezidenti Zelenskinin baş islahatçısını deyil (Saakaşvili Ukrayna prezidenti yanında İslahatlar komitəsinin sədridir), həm də Kiyevdəki hakim “Xalqın qulluqçusu” partiyasından olan deputatın ərini də tutublar.

Saakaşvilinin qayıdışı bu gün keçiriləcək bələdiyyə seçkilərində eks-prezidentin Vahid Milli Hərəkat (VMH) Partiyasının sıralarını və mövqelərini gücləndirməklə hakim “Gürcü arsusu”nun planlarına zərbə vura bilər. Düzdür, Saakaşvilini sevməyənlər də az deyil, onun opponentlərinin sıralarını sıxlaşdırması da gözlənilir. Bütünlükdə, Gürcüstanda parlament seçkisi ilə başlayan böhranın yaxın perspektivdə dərinləşəcəyi ehtimalı yüksəkdir. Bu ilin aprelində AB prezidenti Şarl Mişelin vasitəçiliyi ilə hakimiyyət və müxalifət böhrandan çıxış anlaşması imzalamışdılar. “Şarl Mişel planı”na əsasən, “Gürcü arzusu” yerli seçkilərdə 43%-dən az səs yığsa, 2022-ci ildə ölkə erkən parlament seçkisinə gedəcək.

VMH bu anlaşmaya sentyabrda imza atıb, həmin vaxta qədər - artıq iyulda “Gürzü arzusu” anlaşmanı tərk etmişdi. Bu fonda “Gürcü arzusu”nun “Mişel planı”na əməl edəcəyinə şübhələr var. Əgər bələdiyyə seçkilərində az səs yığan iqtidar partiyası erkən parlament seçkisinə razılıq verməsə, bu, həm daxildə, hən də Qərb dairələrində anlayışla qarşılanmayacaq, “Gürcü arzusu” ciddi siyasi zədə alacaq. Üstəlik, Saakaşvili faktoru hakim qüvvə üçün artıq əlavə ciddi başağrısına çevrilməkdədir.

Hazırda Rusiya meylli gürcü kilsəsinin müqaviməti və müxalifətdaxili ziddiyyətlər fonunda Saakaşvilinin növbəti “həppi ənd”ə yetişməsi elə də asan görünmür və uzun sürə bilər.

Qəzənfər Həmidoğlu

Xəbər 3922 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +