Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada


07.05.2025  17:06 

Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı





A+  A-

Abşeron rayonu, Saray qəsəbəsində yerləşən bir neçə hündürmərtəbəli binada yaşayan minə yaxın sakin 5 gündür ki, su üzünə həsrətdir.

XəzərNews.az xəbər verir ki, bu barədə sakinlər Baku TV-yə şikayət ünvanlayıb. Dəfələrlə bu barədə aidiyyəti quruma müraciət etdiklərini deyən sakinlər şikayətlərinin cavabsız qaldığını söyləyirlər.

Bina sakinləri deyirlər ki, problem su xəttində baş verən partlayışdan sonra yaranıb. Hadisədən sonra ərazidə qazıntı işləri aparılıb və problem bir günlük aradan qaldırılsa da, növbəti gündən etibarən yenidən su təchizatı dayanıb.

“Su ilə bağlı çətinlik çəkirik, köməklik göstərən yoxdur. Suyu bir neçə saat verirlər, sonra isə 5-6 saat olmur”, ‒ sakinlərdən biri deyib. Çəkiliş zamanı əraziyə gələn binanın rəhbər şəxslərindən biri bildirib ki, problem artıq nəzarətə götürülüb və tezliklə tam həll olunacaq.




Xəbər 419 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +