Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?





A+  A-

İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə yeni koronavirus infeksiyası dalğası barədə xəbərdarlıq edib.

XezerNews.az xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb. Nazir müavini insanları maskalardan istifadə etməyə çağırıb. O, həmçinin ictimaiyyətin məlumatlandırılmasında medianı və məscidləri daha fəal rol oynamağa və ictimaiyyəti bu məsələyə ciddi yanaşmağa səsləyib.

Bu nə virusdur? Azərbaycana da adlaya bilərmi?

Bu arada, Ermənistanda kəskin respirator virus infeksiyalarına (ARVI) yoluxma hallarında artım qeydə alınıb. Bu ölkədə həmçinin A tipli qrip - H3N2 (“Honkonq qripi”), B tipli qrip və COVID-19 halları da qeydə alınıb. Ermənistan KİV-i xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölkədə kəskin respirator virus infeksiyaları arasında RS virusu (respirator sinsitial infeksiya), rinovirus və koronavirus (SARS-COV-2) geniş yayılıb. Qeyd edilib ki, koronavirusla bağlı vəziyyət stabilləşib. Oktyabrın 20-dən dekabrın 4-dək COVİD-19-a 165 yoluxma halı qeydə alınıb.

Digər bir xəbərdə isə bildirilir ki, Qrenlandiyanın buzlaqlarında təxminən 50 min il yaşı olan canlı viruslardan biri oyanmaq üzrədir. Viruslar dərin qatlarda deyil, buzlaqların səthində, mikroyosunlarla qarşılıqlı əlaqədə olduğu yerdə aşkar edilib. Bu yosunlar buzun əriməsinə səbəb olaraq, mikroblar üçün qida mühiti yaradır və buz örtüyünün dağılmasını sürətləndirir. Mütəxəssislərin xüsusi diqqətini Pandoravirus cəlb edib ki, bu da əridikdən sonra amöblərə yoluxa bilər. Onun ölçüsü bir mikrometrə çatır və genomu təxminən 2,5 milyon nukleotiddən ibarətdir ki, bu da onu Yerdə məlum olan ən böyük viruslardan birinə çevirir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus yeni pandemiya xəbərdarlığı etmişdi. O, növbəti pandemiyanın özünü çox gözlətməyəcəyini demişdi: “Gec-tez yeni pandemiya baş verəcək və bu nəzəri risk deyil, epidemioloji əminlikdir”.

Onun sözlərinə görə, yeni bir pandemiya 20 il sonra və ya sabah da ola bilər: “Amma bu baş verəcək və hər halda, hazır olmalıyıq. Rəsmi olaraq 7 milyon insan COVİD-19-dan öldü, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik. İnsan itkisinə əlavə olaraq, pandemiya 10 trilyon dollardan çox qlobal iqtisadi məhsulu məhv etdi”.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a mövzu ilə bağlı fikrini bölüşüb: “Son vaxtlar müxtəlif ölkələrdə yeni viruslarla bağlı informasiyalar yayılır. Bu virusların böyük əksəriyyəti koronavirus ailəsinə aiddir və ştamların kökü kəsilməyib. Viruslar davam edir, mutasiyaya uğrayır və əlverişli şərait yarandıqda daha çox insanı yoluxdurur. Əgər xatırlasaq, bu il ərzində müxtəlif endemik sahələrdə virusa yoluxmaların artması barədə bir neçə dəfə siqnallar verilib”.



Həkimin fikrincə, artıq həm insanların, həm də hökumətlərin, tibb sahəsinin bu cür təhlükələrə qarşı həssaslığı artıb: "Xüsusilə də pandemiya dövründə yaşanan acı təcrübə cəmiyyətdə böyük bir təlaş və diqqət oyadıb. Artıq hər hansı bir infeksiya ocağı yaranan kimi, bu, ciddi təhlükə siqnalı kimi qəbul edilir. İrandan gələn xəbərlər də dediyimiz prosesin bir parçasıdır. Pandemiyalar tarix boyu ardıcıl təkrarlanmayıb. Bir neçə onillikdən bir baş verə bilər. Amma bu proseslərə qarşı cəmiyyətin yanaşması daha ehtiyatlı olmalıdır. Bu o demək deyil ki, səhlənkar yanaşmalıyıq. Cəmiyyətin və fərdlərin bu məsələlərə hazırlığı olduqca vacibdir. Artıq insanlar virusların yoluxma yolları və qorunma tədbirləri ilə bağlı daha məlumatlıdır. Tibbi kontingent və dövlət strukturları da bu istiqamətdə daha çevik davranmağa qadirdir. Bu gün bir çox insan maskadan istifadə, sosial məsafənin qorunması, şəxsi gigiyena tədbirlərinə əməl etməyin vacibliyini bilir".

Zülfüqar Yusifov həmçinin vurğulayır ki, insan orqanizmini mümkün qədər güclü saxlamaq üçün sağlam həyat tərzi olduqca vacibdir. İdman hərəkətləri, sağlam və balanslı qidalanma, düzgün yuxu rejimi - bütün bunlar immun sistemin gücləndirilməsi üçün əsas şərtlərdəndir. Xüsusilə fəsil dəyişmələri zamanı, orqanizmdə adaptasiya və readaptasiya prosesləri baş verdiyindən, bu dəstəklərə daha çox ehtiyac duyulur.

Zülfüqar Yusifovun fikrincə, hər bir fərd yoluxmamaq üçün əlindən gələn hər şeyi etməlidir. Eyni zamanda tibb orqanlarının verdiyi təlimatlar, göstərişlər və həyata keçirdikləri tədbirlər kompleks şəkildə düşünülərsə, yoluxmaların qarşısını almaq mümkündür: "Bu gün dünya olduqca dinamik bir mühitdə yaşayır. Ölkələrarası inteqrasiya, gediş-gəliş və beynəlxalq uçuşların intensivliyi nəticəsində istənilən bir regionda yaranan infeksiya ocağı qısa zamanda digər ölkələrə də yayıla bilər. Bu səbəbdən də, dünya ölkələri arasında qlobal əməkdaşlıq və birgə təşkilatların rolu daha da aktuallaşır. Belə qurumlar bu tip problemlərin qarşısının alınmasında mühüm rol oynamalıdır".



Xəbər 241 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +