Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


20.06.2025  12:35 

“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib





A+  A-

Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyasının balansında olan “Kurort” QSC-yə məxsus “Bilgəh” Kardioloji Sanatoriyasında bədbəxt hadisə baş verib.

XəzərNews.az xəbər verir ki, bu barədə Reyting.az-a Kardioloji sanatoriyanın əməkdaşları məlumat veriblər.

Bildirilir ki, sanatoriyanın təsərrüfat şöbəsinin müdiri İlkin Fərəcov binanın təmiri prosesinə şəxsən nəzarət edərkən 5-ci mərtəbədən yıxılaraq ağır bədən xəsarətləri alıb. Hadisə dünən axşam sanatoriyanın əsas korpuslarından birində baş verib.

İlkin Fərəcov Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti kritikdir.

İlkin Fərəcovun sanatoriyada qeyri-rəsmi şəkildə tikinti və təmir proseslərinə nəzarət etdiyi, texniki təhlükəsizlik qaydalarının pozulduğu və hadisənin məhz bu səbəbdən baş verdiyi ehtimal olunur. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.

Məlumata görə, sanatoriyanın təmir işlərinin hansı əsaslarla aparıldığı, texniki təhlükəsizlik qaydalarının yerinə yetirilib-yetirilmədiyi və əmək münasibətlərinin düzgün qurulub-qurulmadığı artıq sual altındadır.

Baş vermiş hadisə AHİK-nin tabeliyində olan digər sanatoriyalarda da əmək təhlükəsizliyinə riayət olunub-olunmaması məsələsini bir daha gündəmə gətirib.

Məsələ ilə bağlı “Kurort” QSC rəhbərliyindən hələlik heç bir rəsmi açıqlama verilməyib.

Xəbər 79 dəfə oxunub.



20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +