Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


06.06.2025  09:57 

TEHRAN DALANA DİRƏNİB: ABŞ LİVANDA, RUSİYA İRANDA...





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirləri qısa tezisini təqdim edirik:

- Bu ABŞ-ın hazırda İranla apardığı sadəcə danışıqlar deyil, D.Trampa tacir düşüncəli, hər yerdə pul axtaran prezident kimi də yanaşması səhvdir. Onun İranla danışıqları başlamaq manerası, konsepsiyası, ərəb dövlətləri amilini nəzərə alması, İsrailə göstəriş verməsi D.Trampın əvvəlki sələflərinin dövründə buraxılmış səhvlərin düzəldilməsi anlamındadır.

Bəllidir ki, İranda İslam inqilabının səbəbkarı və əsas icraedicisi ABŞ olub. ABŞ-ın iki prezidenti Şah İranından narazı idi. Şah İranı SSRİ-yə çox meyllənmişdi, çox güclü iqtisadi layihələr reallaşdırılırdı. İslam inqilabını etməkdə şahı müvəqqəti vəzifədən uzaqlaşdırmaq, SSRİ ilə şahın əlaqələrini dayandırmaq idi. SSRİ ilə İran arasında əlaqələr o zaman ABŞ-a çox böyük təhlükə kimi görünürdü və bu təhlükənin də o zaman Azərbaycan vasitəsilə gəldiyini düşünürdülər. İndi ABŞ-ın ilk İslam inqilabından dərin peşmanlığı var. Bütövlükdə region üçün gərginlik mənbəyi yaradıb. ABŞ Azərbaycana münasibətini dəyişib. Vaxtilə SSRİ-nin tərkib hissəsi olan Azərbaycan, bu gün Qərb dünyasının ən vacib tərəfdaşlarından biridir.

Hətta Azərbaycana iqtibasən Avropa dövlətləri “xilaskar” terminini işlədiblər. İranın daxilində baş verənlər də İslam inqilabçılığı və onun gətirdiyi prinsiplərin ciddi dəyişiklik ərəfəsində olduğunu göstərir.

İranda İslam inqilabının banisi Seyid Ruhulla Musəvi Xomeyni ilə əhd-peymanı yeniləmək anlayışı var. Bu il İranın Xarici İşlər Nazirliyi anlayışı fərqli yerinə yetirdi. Adətən İmam Xomeyninin məzarını ziyarət edib, namaz qılıb geri qayıdardılar. Bu il isə A.Əraqçı İmam Xomeyninin məqbərəsini ziyarət etdi, namaz qıldı və orada iclas keçirdi. Keçirdiyi iclasda İmam Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni də yanında idi. Pərdədə ənənəvi Xomeyni ilə Xamaneinin şəkli ilə yanaşı, həm də Seyid Həsən və atasının da şəkli asılmışdı. Bir az əvvəldən Seyid Həsən Xomeyninin parlament seçkilərindən sonra aktivləşməsi ilə başlanan proseslər yeni mərhələyə qədəm qoydu. A.Əraqçı Amerika ilə ən sıx əlaqədə olan rəsmidir, bir əli Xamaneidə idi, digər əli də Xomeynini tutur.




Burada diqqət çəkən Livanla bağlı D.Trampın verdiyi açıqlamadır. Livanda Hizbullahın təsirini azaltmaq istəyir, hətta bundan ötrü o Livan mənşəli, Amerika vətəndaşı, dostunu səfir göndərib. İran vasitəsilə də ermənilərə Hizbullahdan uzaqlaşmaq tapşırığı verib.

Son dövrlərdə ermənilər “İbrahim müqaviləsi”nə qoşulur və bunun da mahiyyəti bundan ibarətdir. Ermənilər İsrailin maraqlarını müdafiə edəcək. Bu həm Fələstin, həm də Hizbullah mövzusunda özünü göstərəcəkr. ABŞ artıq Ermənistanda da proqramlarını yeni təmayüldə aktivləşdirir. Ermənistan AES-ində trenajor yerləşdirdi. Bu o deməkdir ki, İran Ermənistan AES-də yeni mütəxəssislər hazırlayacaq. İranın göndərəcəyi mütəxəssislər məşqlərin bir qismini Ermənistan AES-ində keçəcəklər.

ABŞ Dövlət Katibinin beynəlxalq nüvə siyasəti üzrə köməkçisinin müavini Aleşiey Dunkan Ermənistanda oldu. Bu şəxs həm də AES-lə bağlı mövzuları deyil, Ermənistanda dağ-mədən sənayesi ilə də maraqlandı. Ermənistanın dağ-mədən sənayesi - Amulsar, ondan əvvəl Vorotan Kaskad SES ABŞ-a məxsus müəssisələrdir və İranla sərhəddə yerləşir. O obyektlərdə kəşfiyyat avadanlıqlarının quraşdırılması çox ehtimallıdır.

Diqqət çəkən daha vacib məşhur anti-Azərbaycan B.Heşməti İmam Xomeyninin vəfatının 36-cı ildönümü ilə bağlı çox maraqlı faktın üstünü açdı. Ulu Öndər H.Əliyevin İran hərbçilərini qovmasının əsas dəlilini ortaya qoydu. Əlbəttə, o danışığının mahiyyətini başa düşmədi. Deyə bilərlər ki, B.Heşməti kimi Azərbaycanda 10-15 il işləmiş adam dediyi sözün mahiyyətini bilməsin, doğrudan da mahiyyətini bilmirdi.

RF prezidenti V.Putin də D.Trampla danışarkən İranın nüvə mövzusunu müzakirə etdi. Rusiya ABŞ-a İranın nüvə probleminin həllində kömək edir, əvəzində ABŞ Ukrayna ilə bağlı mövzularda Rusiyanın mövqeyinə dəstək verir. Bu dəstək indi aydın görünür. Ermənistanda ABŞ-ın etdiklərini də nəzərə alsaq, ABŞ-ın İrana qarşı mübarizədə şimal tərəfində də cəbhə yaratdığını ehtimal etmək olar. İsrailin, ABŞ-ın cənub tərəfindən, yəni ərəb tərəfindən hücumları ərəb ölkələrinin üzərindən reallaşdırılırdı və İran həmişə ərəb dövlətlərini vuracağını bildirmişdi.

Şimaldan İrana təsir olacağı təqdirdə İranın bu təsiri neytrallaşdırmaq imkanı yoxdur.



Xəbər 850 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +