Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Mən kəndə acından ölmək üçün qayıdım?
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


29.08.2018  09:27 

ÇL-nin qrup mərhələsinə vəsiqə qazanan 3 komanda





A+  A-

Avqustun 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk üç iştirakçının adı bəlli olub.
XəzərNews.az xəbər verir ki, səfərdə Macarıstanın "Vidi" klubuna 2:1 hesabı ilə qalib gələn Yunanıstan təmsilçisi AEK doğma meydanda ilk oyunda əldə etdiyi üstünlüyünü qoruya bilib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb və iki oyunun nəticəsinə görə AEK Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib.

Səfərdə “Yanq Boyz” klubu ilə heç-heçə edən Xorvatiyanın "Dinamo Zaqreb" klubu doğma meydanda 2:1 hesabı ilə məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.
Günün üçüncü qarşılaşması isə Ukraynanın "Olimpiyski" stadionunda “Dinamo Kiyev” və Hollandiyanın "Ayaks" klubları arasında baş tutub. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Hollandiya təmsilçisi iki oyun nəticəsinə əsasən qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək, Çempionlar Liqasının play-off mərhələsində məğlub olan klublar ("Vidi", "Dinamo Kiyev", "Dinamo Zaqreb") UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaqlar.

Xəbər 1591 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +