“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


04.04.2017  22:59 

Ukraynadakı səfirliyimiz çarəsiz soydaşımıza niyə kömək etmir?...





A+  A-

Ukraynanın separatçıların nəzarətində olan Krasnıy Luç şəhərində Azərbaycan vətəndaşı Knyaz Məmmədov övladlarını vətənə gətirə bilmir.
Yevlax rayonundan olan, 1970-ci il təvəllüdlü Knyaz Məmmədov saytımıza açıqlamasında bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyi ona lazımı sənədləri vermədiyi üçün övladlarını Ukrayndan çıxara bilmir.

K. Məmmədov bildirib ki, oğlu Ceyhun, qızları Nərmin və Ayseli anasız, tək böyüdüb: "
Mən Azərbaycan vətəndaşıyam. Oğlumun Azərbaycanda hərbi xidmətə çağırış yaşı çatıb. Onu vətənə hərbi xidmətə yollamaq istəyirəm. Amma övladlarımın pasportları tanınmayan “Luqansk Xalq Respublikası”na məxsus olduğu üçün onları Azərbaycana gətirə bilmirəm. Ukrayna Luqanskın yerli hökumətinin verdiyi pasportları tanımır. Səfirlik isə uşaqlarıma Azərbaycana getmək üçün müvafiq arayışı vermir. Bununla bağlı dəfələrlə Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etmişəm, lazımi sənədləri təqdim etsəm də nəticə yoxdur".

Hazırda Ukraynanın şərqində vəziyyət gərgin olduğu üçün K.Məmmədov övladlarının təhlükəsizliyi üçün narahatdır.

Qeyd edək ki, Krasnıy Luç şəhəri tanınmayan “Luqansk Xalq Respublikasının” nəzarətindədir.

(afn.az)

Xəbər 2873 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +