Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


15.02.2025  13:22 

Zelenski Trampın göndərdiyi sənədə imza atmadı





A+  A-

Prezident Voladimir Zelenski ABŞ Konqresinin nümayəndə heyətinin Ukraynadakı gələcək bütün faydalı qazıntı ehtiyatlarının 50%-nin ABŞ-a verilməsini nəzərdə tutan memorandumu imzalamaq təklifini rədd edib.

XəzərNews.az xəbər verir ki, bu barədə The Washington Post-un siyasi şərhçisi Coş Roqin X sosial şəbəkəsində məlumat verib.

Jurnalist qeyd edib ki, bu barədə ona Münhen konfransında iştirak edən bir neçə konqresmen məlumat verib.

"Zelenski nəzakətlə bunu imzalamaqdan imtina etdi",-deyə Roqin yazıb.

O, sənəd layihəsinin ABŞ-nin maliyyə naziri Scott Bessentin Kiyevə səfəri ərəfəsində ABŞ səfiri Bridcet Brink tərəfindən Zelenskiyə təqdim edildiyinə aydınlıq gətirib. Zelenski ABŞ qanunvericiləri ilə görüşdə sənəd haqqında danışıb və Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti olmadığı üçün onu imzalaya bilməyəcəyini deyib.

Xəbər 2415 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +