“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


01.05.2023  18:26 

Quranda sünnətlə bağlı əmr yoxdur, lakin...





A+  A-

“Qurani-Kərim”də kişilərin sünnət olunması ilə bağlı əmr, buyruq yoxdur, lakin islam hökmləri təkcə Quran ayələri ilə təsbit olunmur”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşı Samid Quliyev çıxış edib.

“İslam ənənələrinə peyğəmbərimizin hədisləri də daxildir. Peyğəmbərimizin səhih hədislərinə əsasən, sünnət islamın əməllərindən biridir və kişilər üzərində həyata keçirilir. Ərəblər isə buna “xitam” deyir. Hədisdə belə rəvayət olunur ki, bunu qəbul edən və ilk sünnət olunan Həzrəti İbrahimdir. Digər dinlərə baxanda görürük ki, yəhudilikdə də sünnət əməli icra olunur. Bu da o deməkdir ki, bütün ilahi dinlərin kökü eynidir, sadəcə olaraq müəyyən fərqlərlə bizə gəlib çatmışdır. Yəni sünnət islamda birmənalı olaraq var”.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri sünnətin Qurani-Kərimdə nəzərdə tutulmadığı, hətta bu əməlin islama zidd olduğu haqda iddia irəli sürüb.

Xəbər 4641 dəfə oxunub.



01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +