Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


29.01.2025  12:00 

Məmurlar səs verdilər - FOTOLAR-Yenilənib





A+  A-

Baş prokuror Kamran Əliyev bələdiyyə seçkilərində səs verib.

XəzərNews.az xəbər verir ki, Baş prokuror 15 saylı Yasamal birinci Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

Kamran Əliyev səsvermə hüququndan istifadə edib və məntəqənin işinə uğurlar arzu edib.

****

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.

Bakı meri 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

***
Milli Məclisin sədri Sahibə Qafarova da bələdiyyə seçkilərinə qatılaraq 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.






Xəbər 3813 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +