Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


03.02.2023  18:37 

İranın ən böyük düşməni SEPAH-dır!





A+  A-

Bütöv Azərbaycanın Güney şəhəri Xoyda baş verən zəlzələdə minlərlə insan yaralanıb, 3500 yaşayış məntəqəsinə ciddi ziyan dəyib. Günlərdir insanlar özlərinin düzəltdiyi çadırlarda gecələyir, İran höküməti soydaşlarımıza heç bir yardım etmir. Üstəlik Türkiyə Qızıl Ay-para cəmiyyətinin yardım təklifini də qəbul etməyiblər. İran hakimiyyətində olan SEPAH qüvvələri türklərə qarşı nifrətini bu şəkildə biruzə verir. Anlamadıqları bir şey var ki, bu cür davranışlarla özləri İranın dövlət kimi sonunu gətirir.

İran höküməti və SEPAH öz vətəndaşlarını acınacaqlı vəziyyətdə saxladıqca insanların bu rejimi devirmək üçün çıxdıları nümayişlərin arxasında kimlərisə axtarır. Hər səhər yeməyindən sonra çıxıb gah qərbi, gah İsraili, gah Azərbaycanı ittiham edirlər. Milyonlarla vəsaiti bu dövlətlərdə agentura şəbəkəsi qurmağa sərf edirlər, o qədər böyük məbləğlərə Xoy şəhərini yenidən inşa etmək mümkündür.

Bəs Sepah nə edir?

- Dekabrın 1-də SEPAH-ın sosial şəbəkə hesablarında "Qüds yolu haradan keçir?" adlı videoda Bakıya İran bayrağı sancır;

- Dekabrın 7-də SEPAH komandanı general Əli Fədəvi Azərbaycanda dövlət quruluşunun dəyişdirilməsinə çağırış edir;

- Yanvarın 1-də yenə bir video yayımlayıb İran əsgərlərinin Xudafərini keçərək Azərbaycana daxil olduğunu göstərir;

- Yanvarın 4-də daha bir SEPAH generalı əlirza Tənhayi Azərbaycanı açıq təhdir edir;

- Yanvarın 6-da SEPAH-ın sosial şəbəkələrində əlində İran bayrağı tutmuş uşaqların dili ilə Azərbaycanı təhdid edir;

- Yanvarın 27-də Azərbaycan səfirliyinə terror hücumu olur və mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olur.

SEPAH-ın aylardır təhdidləri sonda praktikaya da keçdi. İran dəsti-xətti olan səfirliklərə terror hücumu sonda Azərbaycan səfirliyindən də yan keçmədi.

Sərhəddindəki bütün qonşuları ilə Ermənistan xaric qanlı-bıçaqlı olan İran hakimiyyəti bütün dünyaya meydan oxumağa çalışmadan öncə vətəndaşlarının problemlərini həll etməyə çalışmalıdır.

Əgər bacarmırsa çəkilsinlər kənara, Azərbaycan dövləti öz soydaşlarına, öz torpaqlarına sahib çıxmağa hazırdır!

Nurel Kərim
Milli Mənafe Təşkilatının sədri


Xəbər 1316 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +