Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


14.04.2022  21:43 

Zahir Əmənovu icra başçısı tutdurub? - VİDEO





A+  A-

“Zahir Əmənovun saxlanılmasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun adı çəkilir. Bir an öncə bu işdən dönülməlidir. İcra başçıları rayonlarda söz azadlığını pozan vasitələrə çevrilməməlidir”.

XəzərNews.az xəbər verir ki, bunu Xural TV-nin rəhbəri Əvəz Zeynallı deyib.
Jurnalist iddia edib ki, bu qurma işdir:

“Z. Əmənov təsisçisi olduğu “cenub.az” saytında Masallı Rayon İcra başçısı Şahin Məmmədov haqqında bir neçə dəfə tənqidi material dərc edib. Hətta yanvarda icra başçısının adamları onu tənqid etdiyinə görə redaksiyaya basqın edib.

Sonuncu belə bir yazı bir neçə gün əvvəl dərc olunmuşdu.

Sayt rəhbərinin saxlanılması icra hakimiyyəti ilə əlaqədardır.

İndicə mən dostlarla əlaqə saxladım. Hadisə belə olub ki, Z. Əmənov otağında oturarkən kənd nümayəndəsi içəri girib və dərhal stolun üstünə pul qoyub. Həmin anda polislər otağa daxil olub və onu saxlayıblar”.

Daha ətraflı videoda:


Xatırladaq ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, aprelin 13-də rayonun Sığdaş kənd icra nümayəndəsi İsrafil Əliyev Polis Şöbəsinə müraciət edərək “cənub.az” saytının rəhbəri Zahir Əmənovun ondan 1500 manat pul aldığını iddia edib.
Şikayətdə qeyd olunub ki, Z.Əmənov icra nümayəndəsi övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Sayt rəhbəri saxlanılıb və barəsində hədə-qorxu ilə tələb etmə ittihamı ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Xəbər 1616 dəfə oxunub.



14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +