Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


11.03.2021  18:09 

Ömür yolunu incəsənətə bağlayan Xanəndə





A+  A-

1984-cü ildə Ağdaş rayonunda keçirilən Yeniyetmələrin respublika baxış müsabiqəsinə qatılaraq dahi müsiqiçi Niyazinin sədri olduğu munsiflər heyəti qarşısında ifası həyatının dönüş nöqtəsi oldu.
Gözəl ifası ona Respublika sarayında baş tutacaq Yekun baxış konsertə vəsiqə qazandırır. Buradakı çıxışı da Niyazi və diğər tanlnmış musiqiçilər tərəfindən yüksək dəyəndirilir və o, A. Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin muğam şöbəsində təhsil almağa dəvət edilir. Və beləcə, könlünü sənətin incəliyinə verərək ömür yolunu taleyin ona bəxş etdiyi incəsənətə bağlayır.

A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində əməkdar müəllim Nəriman Əliyevin, Bakı Musiqi Akademiyasında isə xalq artisti İslam Rzayevin sinfində oxuyaraq muğamın sirlərinə yiyələnir. Az sonra "Humayun", Baba Salahov adına xalq çalğı alətləri, "İrs" folklor ansambıllarının və AzTv-nin S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solisti olur.

İfa etdiyi "" Humayun", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Şür", "Mahir-Hindi", "Mizə Hüseyn segahı", "Cahargah", "Xaric segah" muğam dəstgahları, "Kəsmə şikəstə", "Heyratı" zərb muğamları, yüzdən artıq xalq və bəstəkar mahnıları Azərbagcan Televiziya və Radiosunun Fondunda saxlanılır.
O, 2005-ci ildə Dövlət Fiarmoniyasında Ağşin Əlizadənin "Muğamvarı" simfonik əsərini İsveç musiqiçisi Simon Comartinin dirijorluğu ilə ifa etmişdir.

Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Əbədiyyət notları" kitabının müəllifidir. Dövrü mətbuatda korifey xanəndələrin və müsiqiçilərin yaradıcılığından bəhs edən məqalələrlə müntəzəm çıxışlar edir. "Nəsimi ili" çərçivəsində "Nəsimi, muğamlarımız və müasirlik" sərlövhəli məqaləsi dövrü mətbuatda dərc edilmişdir.
Bu gün xanəndə-sənətşünas Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının müəllimi kimi gənc xanəndə nəslinin yetişməsində yorulmadan çalışır. 5-ci muğam müsabiqəsinin "Ən çox tamaşaçı rəğbəti qazanan iştirakçısı" Ayşən Mehtiyeva və 6-cı muğam müsabiqəsinin birinci yer qalibi Pərviz Qasımov məzunu olduqları Mədəniyyət və İncəsənət Universitetində onun sinfində muğam sənətinin sirlərinə yiyələnmişlər.
O, hazırda ADMİU-nin doktorantı olaraq elmi iş üzərində çalışır. Elmi məqalələrlə yerli və xarici mətbuatda müntəzəm çıxışlar edir.

Bu gün onun – Ağdaşın Ləki qəsəbəsində dünyaya göz açan respublikanın əməkdar artisti, muğam və xalq mahnılarının mahir ifaçısı Ruzə xanım İbişovanın ad günüdür. Bu münasibətlə onu təbrik edir, sağlam və mənalı ömür, muğam sənətimizin qorunması və təbliği sahəsində yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.



Ayiq Səmədov

Xəbər 4981 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +