Leysan Məmmədov icraçı direktor təyin olundu
Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI
“Roşka“ yenidən həbs EDİLDİ
Ağcabədidəki partlayışla bağlı cinayət işi açıldı
Yeni yol və körpülər harda salınır?
“Stimul Hospital“ın adı ölüm işində hallanır - ŞİKAYƏT
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”
Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb
İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək?
Ağcabədidə evdə qumbara partladı: 5 nəfər ÖLDÜ


14.02.2017  12:23 

Azərbaycanlı diaspor rəhbərinin qardaşı həbs edildi - Çirkli pulların yuyulması ittihamı + FOTO





A+  A-


Bu günlərdə Ukrayna Baş prokurorluğunun mətbuat xidməti Ukrayna Milli Bankının ödənişlər departamentinin dırektoru və onunla cinayətdə əlbir olan üç şəxsin təhlükəsizlik qüvvələri tərəfindən tutulduğu barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukrayna Mili Bankının səlahiyyətli nümayəndəsi böyük rüşvət müqabilində tutulan şəxslərə məxsus ödəniş təşkilatı "Platiservis” MMC-ni qeydiyyatdan keçirərək onlara milli bankın şəhadətnaməsini verib.

XəzərNews.az bildirir ki, Kiyevdəki mənbələrdən Moderator.az-a verilən məlumata görə saxlanılan şəxslərdən biri Azərbaycan vətəndaşıdır və Ukrayna Baş prokurorluğu Kiyevdəki səfirliyimizi hadisə barədə məlumatlandırıb. Saxlanılan və haqqında ev dustağı qərarı çıxarılan vətəndaşımızın Ukrayna azərbaycanlıları birləşmiş konqresinin sədri Rövşən Tağıyevin doğma qardaşı Fuad Tağıyevin olduğu bildirilir və saxlanılan şəxslərin çirkli pulların yuyulması ilə məşğul olduqları ehtimal edilir.

Ukrayna azərbaycanlıları birləşmiş konqresinin sədri Rövşən Tağıyev Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədrı Nazim İbrahimovun yaxın dostudur. Bu yaxınlarda Azərbaycan mətbuatında Rövşən Tağıyevin adı bir neçə qalmaqalda hallanıb. O cümlədən onun Ukrayna milli erməni konqresinin sədri Aşot Avanesyan ilə sıx dostluq əlaqələri barədə informasiyalar mediada və sosial çəbəkələrdə yer alıb, hətta birgə şəkilləri yayılmışdı. Rövşən Tağıyevın qalmaqallı sərgüzəştləri barədə mətbuatda tez-tez xəbərlər yayılır və üç il əvvəl Kiyevdə odlu silahdan atəş açmaqla həyatına qəsd edilməsi və güllə yarası alsa da sağ qalması haqqında da məlumat verilmişdi.

Xatırladaq ki, Ukrayna milli erməni konqresinin sədri Aşot Avanesyan əslən Oğuz rayonundan olsa da, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir.

Rövşən Tağıyev

Картинки по запросу Ukrayna azərbaycanlıları birləşmiş konqresinin sədri Rövşən Tağıyev



Xəbər 2126 dəfə oxunub.




31.01.2025  17:38 

“Roşka“ yenidən həbs EDİLDİ

31.01.2025  17:08 

Yeni səfir Bakıya gəldi

31.01.2025  15:58 

İlham Əliyev sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +