Yeni yol və körpülər harda salınır?
“Stimul Hospital“ın adı ölüm işində hallanır - ŞİKAYƏT
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”
Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb
İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək?
Ağcabədidə evdə qumbara partladı: 5 nəfər ÖLDÜ
Pezeşkian türklərə qarşı təhqirlərdən danışdı: “Qəbuledilməzdir”
Ukraynaya 102 “Şahed”lə hücum edildi
Döyüldüyü deyilən azərbaycanlı diplomat cərimələndi
Azərbaycan çempionu təyyarə qəzasında həlak oldu


26.08.2024  12:20 

Vüsalənin hamamında mənim nə işim var?!





A+  A-



Aytac işə gələn kimi soruşdu:

- Müəllim, bilirsiniz, dünən saytlarda ən çox hansı xəbər oxunub?


Könülsüz cavab verdim:

- Bilirəm...

Nazim qımışdı: "Həmin xəbəri mən də oxumuşam".

Hamımız gülüşdük...

Bu gün səhərdən başım ağrısa da, işə xoş ovqatla başladıq.

Oxucunu intizarda qoymaq yaxşı adət deyil. Dünən azərbaycandilli saytlarda ən çox oxunan xəbərlərdən birinin başlığı belədir: "Vüsalə vanna otağından görüntüsünü paylaşdı - Fotolar"

Ağlınıza başqa şey gəlməsin, foto bölümündə açıq-saçıq heç nə yoxdur. Amma açıq-saçıq nəsə görmək istəyənlər xəbərə "hücum" ediblər. Nəticədə aparıcı Vüsalə Əlizadənin vanna otağından xəsisliklə paylaşdığı bir-iki şəkil Rusiya-Ukrayna müharibəsini, "Hizbullah"ın İsrailə hücumunu, 6 gün sonra ölkəmizdə keçiriləcək parlament seçkilərini də kölgədə qoyub. Bu istidə hamı Vüsalənin "hamamına" axın edib...

Saytlar İP uğrunda amansız mübarizəyə girişib. Rəqibi qabaqlamaq arzusu peşəkarlığı arxa plana keçirib. Burada söhbət xəbərlə mübtədanın yerinin dəyişik düşməsindən getmir. Söhbət fikrin konteksdən çıxarılmasından, məzmunla başlıq arasındakı ciddi fərqdən gedir. Oxucunun diqqətini cəlb etmək üçün artıq qeyri-məqbul sayılan üsullara da əl atılır. Söhbət nə bizdən, nə də başqa saytdan gedir. Aşağı-yuxarı hamımız eyni üsullardan istifadə edirik. Çünki hamılıqla eyni qazanda bişirik.

Vəziyyət təsəvvür etdiyimizdən də ağırdır. Oxucunun arzu və istəyinə əməl etmək üçün gərək Aygünün, Röyanın, Vüsalənin hamamından çıxmayaq. Saçımın-saqqalımın ağardığı bir vaxtda mənim Vüsalənin hamamında nə işim var?! Bu məzmunsuz yarışı dayandırmaq, şərtləri dəyişdirmək lazımdır. Amma gərək oxucu da dəyişsin. Vallah-billah özgə qadınların hamamına, qarderobuna baş soxmaq heç kimə baş ucalığı gətirmir.

Gərək özgə qadınlar da bir az diqqətli olsunlar, hamamlarının, qarderoblarının qapısını yad kişilərin üzünə açmasınlar...

Seymur VERDİZADƏ

Xəbər 3757 dəfə oxunub.




31.01.2025  15:58 

İlham Əliyev sərəncam imzaladı

31.01.2025  11:17 

DYP sürücülərə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +