Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı


07.01.2025  17:55 

Bələdiyyə seçkilərinə maraq niyə yoxdur?





A+  A-

"Bələdiyyələrin real idarəetmə qurumu kimi yetərli səlahiyyətlərə malik olmaması, seçkilərə inamın azlığı mövcud vəziyyətin yaranmasına gətirib çıxarıb"

Xəzərnews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin sədri Mirəli Hüseynov yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində namizəd olaraq iştiraka marağın az olmasına münasibət bildirərkən deyib:



"Burada iki faktor önəmli rol oynayır. Birinci amil bələdiyyələrin statusu ilə bağlıdır. Bələdiyyələrin siyasi sistemdəki mövqeyi, yeri, onların malik olduğu səlahiyyətlər həmin qurumlara olan marağı əhəmiyyətli şəkildə azaldıb. Yəni bələdiyyələr real idarəetmə qurumu kimi yetərli səlahiyyətlərə malik deyil. Özünüidarəetmə orqanları ciddi təsir imkanlarına malik deyil, onlar yerli problemlərin həllində əsas qurum kimi çıxış edə bilmirlər. Bələdiyyələrin cəmiyyətdə yerinin zəif olması həm də onun fəaliyyətində iştiraka olan marağı da azaldır".

Həmsöhbətimizə görə, digər tərəfdən, seçkilərə olan inamın azlığı da bələdiyyələrə marağın aşağı olmasına gətirib çıxarıb.

Qeyd edək ki, yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinə maraq aşağı səviyyədədir. Namizədlərin sayı elə də çox deyil. Artıq bu gündən başlayaraq bələdiyyə seçkilərində seçkiqabağı təşviqata başlanılır. Çünki qanunvericiliyə görə, təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Xəbər 2861 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +