Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib


22.03.2025  11:30 

Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”





A+  A-

İYİ Partiyasının sədri Müsavat Dərvişoğlu MHP sədri Dövlət Baxçalının PKK-nın buraxılış qurultayının tarixi və yeri ilə bağlı təklifinə reaksiya verib.

XəzərNews.az xəbər verir ki, İYİ Partiyasının sədri Müsavat Dərvişoğlu MHP sədri Dövlət Baxçalının PKK-nın buraxılış qurultayı üçün təklif etdiyi tarix və yerlə bağlı sərt açıqlama verib. Baxçalının təklifinə reaksiya verən Dərvişoğlu “Allah islah eləsin” ifadəsini işlətməklə tənqidlərini dilə gətirib.

O, PKK-nın dağılma qurultayı üçün mayın 4-nə təyin edilməsi qərarının səbəbini belə izah edib:

"O, xüsusi günlər və tarixlər seçməkdə mütəxəssisdir. 4 may 1937-ci ildə Türkiyə Cümhuriyyəti Nazirlər Şurası, dövrün prezidenti Mustafa Kamal Atatürk, baş nazir İsmət İnönü və digər hökumət üzvlərinin imzaları ilə Dersim Məcburi Əməliyyatına başlamaq qərarına gəldi və oradakı üsyanı yatıran separatçılar 4 mayı Dersim qırğınının rəsmi olaraq başladığı gün kimi qələmə verir və 4 mayı böyük ağrı və yas günü kimi qeyd edirlər".

Xəbər 1955 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +