Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


16.03.2017  17:30 

“Çudo Peçka”un sahibi Prokurorluğa verildi - ŞİKAYƏT





A+  A-

“Çudo Peçka” mağazalar şəbəkəsinin işçiləri əməkhaqqılarını tələb edirlər.
Mağazalar şəbəkəsinin işçisi Vüsalə Ələsgərova bildirib ki, işlədikləri müddətdə almalı olduqları əmək haqqı verilmir.

“3 il “Çudo Peçka” mağazalar şəbəkəsinin “Neftçilər”də yerləşən filialında kassir işləmişəm. Ötən ilin oktyabr ayında “Çudo Peçka” bağlandı və mən işdən ayrıldım. Biz işlədiyimiz müddətdə maaşlarımız vaxtı-vaxtında verilmirdi. Oktyabr ayında ayırılandan sonra “Çudo Peçka”nın mənə 1646 manat 80 qəpik borcu qaldı, şirkət rəsmiləri borcun qısa müddət ərzində veriləcəyini bildirsələr də, üstündən 4 aya yaxın keçməsinə baxmayaraq, pullarınız verilmir. Bu borcun 640 manatı əvvəldən qalan, digər hissəsi isə maaşlarımızın verilməyən hissəsidir.

Onlar şirkətin adını dəyişib “Dop-Dolu” qoydular. Şirkətin rəhbəri Anar Cəlilov özü bizə olan borcu etiraf edib. Aylıq maaşımız 250 manat olduğu halda 100-150 manat maaş verilirdi, biz də inanırdıq ki, qalan pullarımızı verəcək. Amma o müflis olduqlarını səbəb kimi göstərərək, bizim pullarımızı ödəməkdən boyun qaçırır.
Mən bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişəm. Oradan məni Baş Prokurorluğa göndəriblər. Baş Prokurorluq da müraciətimə baxaraq onu Dövlət Əmək Müfəttişliyinə göndərib. Əmək Müfəttişliyi son cavabında məhkəməyə müraciət etməyimi tövsiyə edib.
Bu şirkətin işi hazırda məhkəmədə olduğu üçün, əlavə olaraq mən də məhkəməyə müraciət etməmişəm. Hər dəfə Anar Cəlilovun özünə yaxınlaşıram, yalandan vəd verir ki, pullarınız veriləcək. Amma vaxt keçir və puldan xəbər yoxdu. Biz inanırıq ki, dövlətimiz qanuni yollarla haqlarımızı bərpa edəcək, istəyimiz pullarımızın verilməsidir.
Məndən başqa da orada çalışan 20 nəfərə yaxın adam pullarını Anar Cəlilovdan ala bilmir”.

Adı şəkilən şirkətin borclu olduğu işçilərin bəziləri:

Ələsgərova Vüsalə (kassir) - 1646manat 80 qəpik;
Sadıqov Ruslan (baş inzibatçı) - 996 manat;
Babayeva Aida (fərdi istehsal texnoloqu) - 5100 manat;
Əliyeva Nüşabə (inzibatçı) - 1333 manat;
Bəkirova Ləman (hostes) - 1735 manat;
Tağıyev Vüsal (fəhlə) - 280 manat;
Kərimova Aygün (kassir) - 650 manat;
Həsənova Asudə (kassir) - 825 manat;
Ələkbərov Azər (inzibatçı) - 525 manat.

(modern.az)

Xəbər 1695 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +