Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video


24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto





A+  A-

Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdləri Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini özündə birləşdirən qədim bayramımız Novruzu qeyd ediblər.

XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən “Natəvan” məktəbinin müəllimləri şagirdlərini, onların valideynlərini Novruz bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq, firavan həyat arzulayıb.

Qeyd edilib ki, xalqımızın əsrlər boyu qoruyub saxladığı və nəsildən-nəslə ötürdüyü Novruz bayramının yüksək səviyyədə təşkili dünyanın hansı ölkəsində olmasına baxmayaraq, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsinin vacibliyini əks etdirir.

Sonra “Natəvan” məktəbinin milli geyimlərdə olan şagirdləri Novruz bayramı münasibətilə hazırladıqları ədəbi-musiqili proqramı nümayiş etdiriblər. Novruza, baharın şəninə şeirlər, mahnılar, rəqslər ifa edilib, səhnəciklər göstərilib. Bahar qızının rəqsi və mahnısı tədbirə daha da gözəllik gətirib. Novruzun personajları sayılan Kosa və Keçəl isə öz iştirakları ilə uşaqların sevincini daha da artırıb. Onların məzəli söhbətləri, uşaqlarla oyunları bayramı daha da maraqlı edib.






Xəbər 3208 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +