Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


08.01.2018  08:53 

“Zorakılığa görə cəza sərtləşdirilməlidir” - Komitə





A+  A-

Azərbaycanda uşaqlara qarşı cinsi zorakılıq törədən şəxslərin məsuliyyəti məsələsinə yenidən baxılmalıdır.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib. Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə olan cinayətlər zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ona qarşı əxlaqsız hərəkətlər etmə sayılır.

T.İbrahimova ümumilikdə, yetkinlik yaşına çatmayanlara qarşı hər hansı cinayətin, o cümlədən cinsi toxunulmazlıq əleyhinə olan cinayətlərin törədilməsinin qanunvericilikdə ağırlaşdırıcı hal kimi müəyyən edildiyini bildirib.

O qeyd edib ki, 2015-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu cinayət əməlləri ilə bağlı hazırladığı təkliflər əsasında qanunvericlik bir qədər sərtləşdirilib. Bu tip cinayətlərin 14 yaşına çatmayana qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə, Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına catmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələrində daha ağır cəza müəyyən edilib.

Komitə rəsmisi deyib ki, qanunvericiliyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaya görə (zor tətbiq etmədən) 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən isə uşaq 14 yaşadək olduqda bu müddət 3 ildən 6 ilədək müəyyən edilib.

Buna baxmayaraq, T.İbrahimova hesab edir ki, yetkinlik yaşına çatmayanların zorlanması əməlinə görə təyin edilən cəzanın sərtləşdirilməsinə ehtiyac var: “Biz bir çox ölkələrin qanunvericiliyini araşdırmışıq. Məsələn, Rusiyada 14 yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı təkrar cinayət törədilməsinə görə, ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Hesab edirik ki, CM-nin zorlama ilə bağlı olan 149-cu maddəsində bir qədər təkmilləşdirmə işləri aparılmalı, yetkinlik yaşına çatmayanın, xüsusilə də 14 yaşına çatmayanın cinsi toxunulmazlığına qarşı zorlama cinayətinin təkrar törədilməsinə görə, cəza sərtləşdirilməlidir".

Xəbər 1361 dəfə oxunub.



24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +