Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


24.04.2025  10:14 

Aİ-nin monitorinq missiyası İranla birlikdə Azərbaycana qarşı... – Politoloq





A+  A-

“Avropa İttifaqının (Aİ) monitorinq missiyası Sünik regionunda atəşkəsin pozulmasında Azərbaycanı ittiham etdi. Bu Aİ-nin monitorinq missiyasının mövzunu bilməməsi, yaxşı tədqiqat aparmamasının göstəricisi kimi qəbul edilə bilər. Çünki Sünik regionunda indi atəşlərin açılması 30 il ərzində baş vermiş atəşkəs rejiminin pozulmasından tamamilə fərqlidir. Bu, Azərbaycanın stili deyil”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu qeyd edib ki, Ermənistan ordusunun şəxsi heyəti cəmiyyətin daxili kimi siyasiləşib:

“Həm bir-birinə, həm də Azərbaycana qarşı müxalifətdədir. Hazırda atəşkəsin pozulması ilə İran məşğuldur. İran atəşkəsi pozaraq artıq Ermənistanla birlikdə hərbi təlim keçirdi. Ermənistanın Sünik regionunda hərbi bazasını yaratmaq istəyir. Görünür atəşkəsi pozmaqla Ermənistanla birlikdə sülh mətnini də Azərbaycana qarşı təxribat materialına çevirəcəkdir”.



Politoloq vurğulayıb ki, Aİ-nin monitorinq missiyasının bütün bunları görməməsi təsadüfi deyil:

“Bəlkə özü də Ermənistan və İranla birlikdə Azərbaycanca qarşı təxribatda iştirak edir. Ermənistanın mövqeyindən bəlli olur ki, Aİ monitorinq missiyası müvəqqətidir. Aİ-nin monitorinq missiyası Azərbaycanla Ermənistan arasında normallaşmaya maneçilik törədir. Aİ-nin monitorinq missiyası Azərbaycanla Aİ arasında münasibətlərin soyuqlaşması amillərindən biridir. Aİ-nin Ermənistanda monitorinq missiyası Aİ-nin Cənubi Qafqazda mövqeyinə yalnız zərər gətirir. Ona görə atəşkəs rejimi ilə bağlı hesabat yayarkən diqqətli olması çox faydalıdır. Digər faydalı məsələ Aİ-nin monitorinq missiyasının üzvlərinin özlərini İranın həbsxanalarında yaşamağa hazırlaşmalarıdır”.



Xəbər 657 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +