Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


12.03.2025  12:15 

1 milyonluq mənimsəmədən 100 mini ödənilib?





A+  A-

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş Eldəniz Qulamovun vəkilinin iclasa gəlməməsi səbəbindən keçirilməyib.

Sədrlik edən hakim Eldar İsmayılov vəkilin üzrlü səbəbdən prosesə gələ bilməməsi ilə bağlı ərizəsinə narazılıq edib. Təqsirləndirilən şəxsə də müdafiəçisinin hərəkətinə görə xəbərdarlıq edilib: “Vəkil məhkəməyə sifariş göndərir. Bu, üzrlü hesab edilə bilməz. Ona görə əvvəl də bir iclasımız keçirilməmişdi. Eyni hal bir də təkrarlansa, Vəkillər Kollegiyasına məlumat veriləcək”.

Raqif Abbasov və Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.

Əldə etdiyimiz yeni məlumata görə, ibtidai istintaq müddətində həmin ziyandan cəmi 100 min manat ödənilib.

Təqsirləndirilən şəxslərin ittihamlara münasibətləri və gələcəkdə dəymiş ziyanın ödənilməsi ilə bağlı fikirləri məhkəmənin baxış iclasında bilinəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ikisi də azadlıqdadır. Onlar barəsində məhkəmənin sonuna qədər “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib

Xəbər 534 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +