Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
“Ocaq” sosislərində donuz əti DNT-si aşkarlandı
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


09.01.2023  17:26 

AQTA “Balıqçı” restoranını bağladı





A+  A-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ştq, H.Məmmədov küç., ev 50 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Fikrət Hüseynağa oğluna məxsus “Balıqçı” restoranında apardığı plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyini aşkarlayıb.

XəzərNews.az AQTA-ya istinadən xəbər verir ki, müəssisədə havalandırma sistemlərinin və həşəratlara qarşı qoruyucu torların quraşdırılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, döşəmə, divar və tavanın tamlığının pozulduğu və asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi və digər nöqsanlar aşkar olunub.

Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb edilib, həmçinin müəssisədə işlərin görülməsi (xidmətlərin göstərilməsi) məhdudlaşdırılıb.

Xəbər 987 dəfə oxunub.




11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +