Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib
Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


11.02.2025  15:30 

DYP metohəssas sürücülərə müraciət etdi





A+  A-

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi metohəssas sürücülərə müraciət edib.

Bu barədə XəzərNews.az-a BDYPİ-dən bildirilib.

Müraciətdə deyilir ki, fevral ayının ilk 10 günündə yer kürəsi bir sıra maqnit qasırğalarının təsiri altında olmuş və proqnozlara əsasən bu prosesin ayın sonuna qədər davam etməsi gözlənilir. Maqnit qasırğaları xüsusilə metohəssas insanlarda müxtəlif fiziki və psixoloji narahatlıqlara səbəb olur ki, bu da onların sürücülük qabiliyyətinə təsir göstərir.

Son günlər respublika yollarında baş verən qəzaların təhlili onu dəməyə əsas verir ki, sürücülərin nəqliyyat vasitələrini heç bir real təhlükə və obyektiv səbəb olmadan aşırmaları və ya meneəyə çırpmaları göstərilən hallar səbəbindən baş verib.

Metohəssas sürücülərə maqnit qasırğasının təsirləri:
- Baş ağrısı və yorğunluq – Maqnit qasırğaları bəzi insanlarda miqren və halsızlıq yarada bilər.

- Diqqət dağınıqlığı və yuxululuq – Sürücülərin reflekslərini zəiflədərək qəza riskini artıra bilər.

- Əsəbilik və emosional qeyri-sabitlik – Həddindən artıq stress və əsəbilik təhlükəli manevrlərə səbəb ola bilər.

- Qan təzyiqində dəyişikliklər – Bu, ürək döyüntülərinin artmasına və ya halsızlığa gətirib çıxara bilər.

Tövsiyələr:
- Vacib deyilsə, sükan arxasına keçməyin.

- Sükan arxasında yorğun və ya əsəbi hiss edirsinizsə, qısa fasilələr verin.

- Diqqət dağınıqlığı hiss edirsinizsə, avtomobili idarə etməkdən çəkinin.

- Hava və maqnit qasırğaları ilə bağlı xəbərləri izləyin və müvafiq tədbirlər görün.

Maqnit qasırğalarının təsiri hər kəsdə fərqli ola bilər, lakin metohəssas insanlarda bu təsirlər daha güclü hiss olunur.
Unutmayın ki, yol hərəkətində bədən yorğunluğu və ya diqqət dağınıqlığı həm sizin, həm də digər yol hərəkəti iştirakçıları üçün real təhlükə hesab edilir!

Xəbər 401 dəfə oxunub.




11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +