Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
“Ocaq” sosislərində donuz əti DNT-si aşkarlandı
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


29.12.2022  14:34 

Röyadan Talıbovlarla bağlı... - AÇIQLAMA





A+  A-

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbovun böyük oğlu Rza Talıbovun Əməkdar artist, müğənni Röya Ayxana 8 milyonluq mülk hədiyyə etməsi barədə xəbərlər yayılıb. Bəzi KİV-lərdə və sosial şəbəkələrdə tirajlanan bu iddiaya görə, Bakı-Buzovna yolunda, Zağulba prospektində yerləşən həmin dəbdəbəli saray 20 sot torpaqda inşa olunub.

Qeyd olunur ki, Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib. Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir.

Hətta Röya Ayxanın vaxtilə Rza Talıbovun sevgilisi olduğu da iddialar sırasında vurğulanır.

XəzərNews.az xəbər verir ki, Modern.az saytı iddialara münasibət öyrənmək üçün Əməkdar artist Röya Ayxanla əlaqə saxlamağa çalışıb.

Müğənninin özü ilə danışa bilməsək də, prodüseri telefona cavab verib.

Röya Ayxanın prodüseri Kənan Bayramov açıqlamasında deyib ki, yayılan xəbərlər şayiədir və həqiqəti əks etdimir:

“Belə bir şey olmayıb, Rza Talıbov Röya xanıma heç bir mülk bağışlamıyıb. Siz bu cür məlumatlara hələ də necə inanırsız?”.

Xatırladaq ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviridir.

Xəbər 887 dəfə oxunub.




11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +