İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


21.02.2023  21:28 

Səudiyyənin yeni hədəfləri - Media Forumunda açıqlandı





A+  A-

“Ərəb dünyası yeni informasiya texnologiyaları imkanlarını genişləndirir. İnformasiya texnologiyaları sahəsinə və infrastruktura sərmayəni genişləndirməklə regionun media sənayesində sürətli dəyişikliklər edilir”.

Bu fikir "Səudiyyə Media Forumu 2" konfransında səsləndirilib.

Forumun sessiyalarında Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman bin Əbdüləziz, media və ticarət naziri Məcid bin Abdullah Al- Qəssabi, investisiya naziri Xalid Al- Falih də iştirak ediblər.

Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman bin Əbdüləziz medianın cəmiyyətdə rolundan danışaraq rəhbərlik etdiyi nazirliyin media sektorunda çalışanlarının sayının bu il iki dəfə artırılacağını söyləyib: "Həqiqəti əks etdirən media başqalarının sizi necə gördüyünü bilmək üçün güzgü ola bilər. Bu, işin inkişafına təkan verər".

Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Falih qeyd edib ki, neftlə bağlı olmayan yeni sektorların və iqtisadiyyatların qurulması onun rəhbərlik etdiyi nazirliyin əsas prioritetidir: "Krallığın iqtisadi inkişaf planı da buna əsaslanır".

Səudiyyə Ərəbistanının ticarət və media naziri vəzifəsini icra edən Məcid bin Abdullah Al-Qəssabi bildirib ki, bu sahədə icra olunan layihələr və təşəbbüslər media sənayesində mövcud olan, problem yaradan halları təqdim etmək üçün media və biznes peşəkarları arasında da rəqabəti təşviq edir: "Biz hamımız daha yaxşı media gələcəyinə nail olmağa can atırıq".

Xatırladaq ki, forum ərəb və dünya ölkələrinin media sənayesi rəhbərlərini, ekspertləri və KİV nümayəndələrini, həmçinin rəsmi şəxsləri bir araya toplayıb. Səudiyyə Jurnalist Assosiasiyası ilə Səudiyyə Yayım Orqanının birgə təşkilatçılığı ilə baş tutan forumda 1500-ə yaxın nümayəndə iştirak edir. Fevralın 20-21 də keçirilən tədbirdə beynəlxalq ekspertlər medianın inkişafına yönəlik təcrübələri paylaşır, müzakirələr aparılır, sektorun qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün həll yolları təklif olunur./Publika.az

Xəbər 945 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +