İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


23.01.2019  10:36 

Füzulidə şəhid ailələrinə diqqətlə, ehtiramla yanaşılır





A+  A-

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından və qanlarından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsi hər zaman yüksək tutulur. Respublikamızda şəhid ailələrinə göstərilən dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Respublikamızda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı özünü Füzuli rayonunda da göstərməkdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Füzuli rayonundan 700-ə yaxın şəxs şəhid olub, 181 nəfər isə itkin düşüb. Bunlardan 6 nəfəri isə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

XəzərNews.az xəbər verir ki, bütün respublikamızda olduğu kimi Füzuli rayonunda şəhid ailələri dövlət təminatı ilə əhatə olunublar, qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan istifadə edirlər. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında şəhid ailələrinə hər zaman diqqətlə, ehtiramla yanaşılır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də mütəmadi olaraq Milli qəhrəmanların və şəhidlərin ailə üzvləri ilə görüşlər keçirir, onların problemlərini dinləyir, əlamətdar günlərdə, Ramazan bayramı, Qurban bayramı, Yeni il və Novruz bayramlarında bu kateqoriyadan olan insanlara baş çəkir, mənəvi köməklik göstərir.

Şəhid ailələri ilə keçirilən görüşlərdə, aparılan söhbətlərdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlərdən razılıq ifadə olunur.

Füzuli rayonunda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş insanların şərəfli ömür yolu gənclər arasında təbliğ olunur. Bildirilir ki, hər bir Azərbaycan vətəndaşı öz şəhidlərini tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir.

Xəbər 1353 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +