Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO


12.03.2025  15:47 

Paytaxtda nə qədər üztanıma kamerası var?





A+  A-

2024-cü ildə "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində respublika üzrə daha 508 nöqtədə 1900, o cümlədən işğaldan azad olunmuş ərazilərdə 79 nöqtədə 227 videomüşahidə kamerası quraşdırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-ın Nazirlər Kabinetindən əldə etdiyi məlumatda bildirilib.

Hazırda ölkə üzrə ümumilikdə 5300 nöqtədə 16 600 videomüşahidə kamerası istismar olunur.

Bundan 3500 nöqtədə 11 100 kamera Bakı şəhərində yerləşir.

Bununla yanaşı, respublika üzrə 4700 üztanıma kamerası (Bakı şəhəri üzrə 4200) istismar olunur.

Ötən il videomüşahidə vasitələrinin tətbiqi ilə 24 100, o cümlədən 22 300 yol-nəqliyyat hadisəsi, 203 ictimai asayişin pozulması faktı, 1400 yanğın və digər hadisə müəyyən edilib, axtarışda olan 141, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə olunan 21 avtomobil müəyyənləşdirilib.

Xəbər 882 dəfə oxunub.



13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +