Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


22.01.2025  15:58 

Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi: 142 min...





A+  A-

2 saylı Dəmiryol Poliklinikasının sabiq baş həkimi, fəxri dəmiryolçu, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənova cinayət işi açılıb.

XəzərNews.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, tanınmış həkim Cinayət Məcəlləsinin 308 və 313-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı) maddələri ilə məsuliyyətə cəlb edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, Həmzə Həsənov çoxsaylı vətəndaş barəsində elektron sistemə qəsdən həqiqətə uyğun olmayan tibbi məlumatlar daxil edib.
Bu yolla o, həmin şəxslərin pensiya almasına nail olub və dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Binəqədi Rayon Məhkəməsi bir neçə gün əvvəl cinayət işi üzrə hökm çıxarıb. H.Həsənov qeyd edilən əməllərdə təqsirli bilinib. 66 yaşlı elmlər doktoruna 2 il şərti cəza verilib.
Həmçinin təqsirləndirilən şəxsdən 141 min 954 manat vəsaitin tutularaq zərərçəkmiş şəxs kimi (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinə qərar verilib.

Xəbər 1874 dəfə oxunub.



22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +