Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib
Putin Trampla görüşə hazırdır - Lavrov


03.09.2021  12:19 

“İnsanları səhv yoldan döndərməsək, ölümlər daha da artacaq” - Rəşad Mahmudov





A+  A-

Bir ilə yaxındır ki, evdə müalicə, nə vaxt xəstəxanaya getməliyik və s. mövzularda fikirlərimlə razılaşmadığınız məqam, buna qarşı əks fikir yürüdəcək həkim, tibb eksperti varsa, məmuniyyətlə açıq müzakirələrə girməyə hazıram. Təki cəmiyyətimizin bu gün bilmədən etdiyi yanlışlıqları az da olsa , düzəldə bilək.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov deyib.

Həkim deputat bildirib ki, səhiyyəmiz çox çətin bir sınaqdan keçir. R.Mahmudov xüsusən, evlərdə ilk günlərdən dexametazon, metipred, prednol-L, antibiotiklər, sistemlər yazan infeksionist, terapevt və pulmunoloqlara səslənib:

"Bəlkə bilmədiyimiz və ya gözdən qaçan bir məqam var. Siz izah edin, xahiş edirəm. İxtisasım ürək və damar cərrahı olsa da, ölkədəki ən böyük və ən səmərəli iş ortaya qoymuş reanimasiyaların qurucusu kimi, 2005-ci ildə dövlət xəstəxanasında rəsmi "İnfeksiya Nəzarət Komitəsini" quran biri kimi, COVİD-lə mübarizədə 1,5 ildir ən sadədən EKMO-ya qədər bütün müalicələri uğurla tətbiq edən Mərkəzi Gömrük Hospitalının əməkdaşı kimi, bir tibb alimi və millət vəkili kimi sizə müraciət edirəm. Belə bir vəziyyətdə həkim olaraq heç birimizin susqun oturmaqa haqqımız yoxdur. Bu qədər yüklənmə qarşısında dövlət qurumlarından bu məsələdə nə isə etməsini gözləmək yanlışdır. İnsanları vaxtında səhv yoldan döndərməsək, ölümlər daha da artacaq. Buna adım kimi əminəm. İnsanları evlərdə ilk gündən sistem və güclü dərman istifadəsinə inandıran siz, biz, bəlkə də hamımız olmuşuq. Bu səhvi düzəltmək də hamımızın işidir.

Halbuki, doğru tibbi taktika qumaqla, ən azından insanlara belə vəziyyətlərdə nə etməmələri mövzusunda izah verməklə (sosial şəbəkələrdən) tərəddüd və qorxuları azalda bilərik. Nəticədə dövlətimizin COVİD-lə mübarizəsində ortaya qoyduğu səylərə və əməyə əməldə də dəstək olmuş olarıq. Əlbəttə ki, bu dalğa da digərləri kimi 2-3 həftəyə sönməyə başlayacaq və sönəcək. Amma ən çətin günlərdə bir səhiyyə işçisi olaraq bütün çətinliklərə baxmayaraq, hadisəyə münasibətimiz hər zaman xatırlanacaq".

Xəbər 3414 dəfə oxunub.




12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +