Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib
Putin Trampla görüşə hazırdır - Lavrov
Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir?
Bu FOTO hamını göz yaşlarına boğdu


20.08.2021  08:56 

“Yoluxma saxta peyvənd pasportlarına görə artır”





A+  A-

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev əhalini koronavirusdan qorxmamağa çağırıb.
XəzərNews.az xəbər verir ki, həkim feysbuk hesabında paylaşım edərək, virusun getdikcə zəiflədiyini yazıb:

“Koronavirusdan qorxmayın! Ölkəmizdə koronavirus aşkar edilən ilk aylardan bu işin içində olan bir həkim kimi sizə məlumatlar verirəm.

Hazırkı koronavirus mutantının və ya mutantlarının yaratdığı xəstəlik əvvəlkilərdən yüngüldür. Yoluxanların içərisində, xüsusən də peyvənd edilənlərin içərisində ağırlaşan və ölənlərin sayı qat-qat azdır. Yəni virus getdikcə zəifləyir! Bu belə də olmalıdır! Tarix boyu da belə olub!

Peyvənddən qorxmayın! Əgər peyvəndə qarşı əks-göstərişiniz yoxdursa, mütləq peyvənd olunun! Mən iki doza “Sinovac” və bir doz “Pfizer” peyvəndi olunmuşam və peyvəndlərin heç birinin zərərli təsirini hiss etməmişəm.

Mənə gələn zənglərin sayının artmasından bilirəm ki, bəli, həqiqətən də, yoluxma sayı artıb. Bunun əsas səbəblərindən biri də saxta peyvənd pasportlarıdır.

Ağciyərlərində kölgəlik müşahidə edilən xəstələrin 10-dan 9-u peyvənd edilməyənlərdir! Peyvənd çox qoruyur. Bu şansdan istifadə edin. Havayı peyvənd vurulur ölkəmizdə, şükürlər olsun. Bundan yararlanın!

Təəssüflər olsun ki, yenə yoluxanlar çoxlu sayda lazımsız dərman preparatları qəbul edirlər. Məsələn, temperatur 37,5 olan kimi cürbəcür antibakterial, hormonal preparatlar qəbul edib, sistemlər qoşurlar. Onlarla insanı bundan çəkindirmişəm və sağalıblar!

Antibiotik virusa təsir etmir! Bunu birdəfəlik bilin! Antibiotik mikroba təsir edir, virusa yox! Əgər yanaşı bakterial ağırlaşma yoxdursa, antibiotikə qəti ehtiyac yoxdur! Əksinə, qaraciyər və böyrəklərə mənfi təsir edərək orqanizmin virusla mübarizəsini çətinləşdirir! Dəfələrlə görmüşük ki, COVID-19 xəstəliyini yüngül keçirir, lakin panik olaraq müxtəlif antibiotik, hormonal və digər lazımsız preparatlar istifadə edərək xəstələr özlərini ağırlaşdırır.

Bütün bunlarla bərabər: ən yaxın birlikdə yaşadığınız insanlar istisna olmaqla digərləri ilə öpüşməyin, əl ilə görüşməyin, qucaqlaşmayın, qapalı yerlərdə maska geyinin, ara məsafəsi saxlayın! Bunlara əməl etsək, özümüzü ən azı 90 faiz qorumuş olarıq!”

Xəbər 2542 dəfə oxunub.




12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +