Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib
Putin Trampla görüşə hazırdır - Lavrov


13.04.2021  12:09 

“Məmurların özbaşınalığı sayəsində Bakı paylanıb”





A+  A-

Milli Məclisin deputatı Fazil Mustafa paytaxtda qanunsuz tikililər və gecəqondu adlanan məskunlaşma yerləri ilə bağlı problemdən danışıb.
XəzərNews.az-ın məlumatına görə, parlamentdə çıxış edən deputat qeyd edib ki, adətən gecəqondularda regionlardan gəlmiş insanlar yaşayır: “Onlar sosial həyat şəraitlərinə görə gəlib burada yaşayırlar. Onlar burada inək-qoyun saxlayırlar.

Sulutəpədən başlamış fikir versək, görəcəyik ki, Bakı bir gecəqondu şəhərinə çevrilib. Vaxtilə məmurların özbaşınalığı sayəsində Bakı paylanıb. Qanunsuz yaşayan vətəndaş məsələsi də bir problemdir.

Ölkədə qurumlararası münasibətlər olduqca acınacaqlı vəziyyətdədir. Bələdiyyənin verdiyi sənədi icra hakimiyyətləri qəbul etmir. Bir ölkədə ki, bələdiyyənin qərarı keçərli deyil, onda onun fəaliyyətini dayandırmaq lazımdır. Yüzlərlə qanunsuz evlər miras qalıb. Ona görə də qanunsuz evlərin özəlləşməsi məsələsini həll edək. Həmin şəxslərin öz rayonlarına qayıtması üçün şərait yaratmalıyıq. Vaxtilə Ankara da gecəqondu şəhərini xatırladırdı. Amma Türkiyə hökuməti bu məsələni həll etdi”.

Xəbər 2304 dəfə oxunub.




12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +